Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İlham Əliyev və Nikol Paşinyanın yaxın zamanda görüşmək qərarını alqışlayırıq - ATƏT
Tarix: 09.03.2019 | Saat: 17:12:00
Bölmə:Siyasət | çapa göndər

ATƏT-in Minsk Qrupunun həmsədrləri 1 mart tarixli bəyanatlarında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın yaxın zamanda görüşmək qərarını alqışlayırlar.

Trend-in ATƏT-in saytına istinadən məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı yaydığı bəyanatında deyilir.

Həmsədrlərin bəyanatında həmçinin qeyd edilir ki, onlar iki lider arasında həmsədrlərin təşkilatçılığı ilə keçiriləcək ilk birbaşa görüş üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə hazırlıqlar aparırlar.

Həmsədrlər, eyni zamanda son aylar cəbhə xəttində qurbanların olmamasını müsbət qiymətləndirdiklərini vurğulayırlar, regionda əhalinin sülhə hazırlanması yolunda atılan ilkin addımları alqışlayır və tərəfləri səyləri gücləndirməyə çağırırlar.

Həmçinin həmsədrlər gərginliyin və təxribatçı nitqlərinin azaldılmasının önəmini təkrar vurğulayıblar.

Bəyanatda tərəflər mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən və aktiv hərbi döyüşləri bərpa etmək çağırışından yayınmağa səslənib.

Həmsədrlər münaqişənin ədalətli və davamlı həllinin Helsinki Yekun Aktının əsas prinsipləri olduğunu bir daha qeyd edərək vurğulayıblar ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir. Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək.

Həmsədrlər danışıqları yeniləmək üçün Ermənistan və Azərbaycan liderləri və xarici işlər nazirləri ilə hər an görüşə biləcəklərinə hazır olduqlarını qeyd ediblər. Rəsmi Bakı və İrəvan arasında həmsədrlərin himayəsi altında keçirilən davamlı və birbaşa dialoq etimadın qurulmasında və sülh prosesinin irəliləməsində zəruri element olaraq qalır.

Həmsədrlər həmçinin münaqişə tərəflərinin fikirlərini və narahatlığını nəzərə alaraq, onlarla lazımi məsələləri müzakirə etməyə davam edəcəklər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.03.2019
18.03.2019