Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Elmar Məmmədyarov Həsən Ruhani ilə görüşüb - FOTO
Tarix: 09.03.2019 | Saat: 18:01:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respubikasının xarici işlər naziri Elmar Məmmədyarovun İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Həsən Ruhani ilə görüşü keçirildi.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını İran Prezidenti Həsən Ruhaninin diqqətinə çatdırdı.

Nazir Rəşt-Qəzvin dəmir yolunun açılışı münasibətilə İran tərəfini təbrik etdi. Öz növbəsində, İran Prezidenti Azərbaycan tərəfinin açılışda yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasına görə təşəkkürünü bildirdi.

Tərəflər arasında iki ölkə münasibətlərinin gündəliyində olan iqtisadi layihələrə dair fikir mübadiləsi aparıldı. Eyni zamanda, ölkələrimiz arasında mədəni, siyasi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi vurğulandı.

İran Prezidenti Həsən Ruhani İranla Azərbaycan arasında mövcud olan əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi. İranda Azərbaycanla əlaqələrin inkişafının hakimiyyətin bütün qolları tərəfindən dəstəkləndiyini bildirdi. Prezident Ruhani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və diplomatik danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəklədiklərini qeyd etdi.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidentinin bu ilin 25-26 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının zirvə görüşünə dəvət məktubunu İran Prezidentinə təqdim etdi. Prezident Həsən Ruhani tədbirdə iştirakı məmnunluqla qəbul etdi.

Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığı dəstəkləyən İran Prezidenti Azərbaycan-Rusiya-İran əməkdaşlığını müsbət dəyərləndirərək, dövlət başçılarının növbəti zirvə görüşünün keçirilməsinin əhəmiyyətini qeyd etdi. Həmçinin Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Türkiyə-Gürcüstan formatında əməkdaşlılğı mühüm qiymətləndirərək, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin önəmi ifadə edildi. (Xarici İşlər Nazirliyi) 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019
18.05.2019