Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ukraynada azərbaycanlının ətdolu maşını oğurlandı - GÜNÜN TƏZADLARI
Tarix: 11.03.2019 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Ukraynanın Odessa vilayətinin Burlaçya Balka kəndində Azərbaycan vətəndaşının ətlədolu yük maşını qaçırılıb. Hafta.az Musavat.com-a istinadla yazır ki, bu barədə UNN portalı xəbər yayıb. Adı çəkilməyən soydaşımızın polisə verdiyi məlumata görə, qaçırılmış “DAF” markalı yük maşınında 20 ton mal əti olub. Fakt üzrə araşdırma aparılır.


Bakıda gənc iş adamı gözlənilmədən öldü


Bakıda gənc iş adamı qəfil vəfat etdi. Hafta.az yazır ki, bu haqda Publika.az xəbər yayıb. Məlumata görə, turizm sektorunda fəaliyyət göstərən 31 yaşlı Eyyub Bağırlı ürəktutmasından dünyasını dəyişib. Qeyd edək ki, E.Bağırlı “Bazaar Travel Azerbaijan” turizm agentliyinin rəhbəri olub.


İbn Sinanın kitabı İrlandiyada üzə çıxdı


İrlandiyada tapılmış XV əsrə aid Orta əsr əlyazması Qərb dünyasının İslam aləmindən çox şey öyrənməsi barədə deyilənləri bir daha sübuta yetirdi. Hafta.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir. "Biz 1400-cü illərdə İrlandiyadakı Orta əsr Avropa həkimlərimizin müsəlman alimlərinin tibbi biliklərindən istifadə etdiklərini aşkar etdik", - deyə irland professor Padrayq Maçayn etiraf edib. Yeni tapıntı sübut edir ki, ibn Sinanın "Təbabət elminin qanunu" adlı əsəri Orta əsrlərdən bəri İrlandiyada gənc avropalı həkimlərin yetişdirilməsi üçün istifadə edilib. Tapıntı professor Maçaynın Britaniya adalarındakı kelt Kornoul regionunda yaşayan qal-kelt İrlandiyasının orta əsr dövrü ilə əlaqəli bir ailəyə aid kitabın öyrənməsindən sonra ortaya çıxıb. “Həmin əlyazmanın salamat qalmış qalıqlarının dörddəbiri tibbi mövzuda yazılmışdır ki, bu da o dövrdə İrlandiyada bu cür kitabların praktiki məqsədlərlə işləndiyini göstərir", – professor belə deyib. Bu, latın dilinə tərcüməsi sayəsində Avropada çox məşhurlaşmış "Təbabət elminin qanunu" tibbi ensiklopediyasının İrlandiya dilinə tərcüməsinin bir parçasıdır. Əlyazma çənələr, burun və kürəyin fiziologiyasına aid hissələrin giriş fəsillərindən ibarətdir.


Özbək milyarder ölkəsinə 50 mln. dollarlıq yardım etdi


Özbəkəsilli rusiyalı milyarder Əlişir Osmanov Özbəkistana 50 milyon dollarlıq maliyyə yardımı etdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Özbəkistan Prezidenti Şövkət Mirziyayev deyib. Prezident bildirib ki, Osmanov pulu, artıq köçürüb. O, Özbəkistanda Osmanov adına biznes mərkəzin açılacağını bildirib. Qeyd edək ki, Ə. Osmanov Rusiyanın 10-cu ən zəngin insanıdır. O, 12,5 milyard dollarlıq sərvətə sahibdir.


Xalq artisti ağ ciyərindən əməliyyat olundu


Akademik Milli Dram teatrının aktyoru, Xalq artisti Ramiz Novruz ağ ciyərindən əməliyyat edildi. Hafta.az yazır ki, bu barədə kulis.az-a aktyor özü məlumat verib. Bildirib ki, ildə bir dəfə ümumi olaraq həkim müayinəsindən keçir: “Bu il də hər il olduğu kimi, tibbi prosedurları yerinə yetirdim. Ancaq rentgen müayinəsi zamanı həkimlər ağ ciyərimdə ləkə olduğunu aşkar etdilər. Əslində, bu xəbər mənim üçün çox gözlənilməz oldu. Sağlamlığımla bağlı bu vaxta qədər heç bir ciddi problemim olmamışdı. Həkimlərin və ailəmin də məsləhətindən sonra gələcəkdə hər hansı ciddi fəsad verməsin deyə, əməliyyat olunmağıma qərar verdim”.
Ramiz Novruz hal-hazırda evdədir. Özünü yaxşı hiss edir. O, teatrdakı rollarına ara verib. Aprel ayından həm teatrdakı, həm də televiziyadakı işlərini davam etdirəcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019