Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bu gün Yel çərşənbəsidir
Tarix: 12.03.2019 | Saat: 11:32:00
Bölmə:Sosial | çapa göndər

Bu gün Novruz çərşənbələrinin üçüncüsü olan Yel çərşənbəsidir.

Hafta.az-ın xəbərinə görə, xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsində Yel Baba yatmış torpağı silkələyib oyadır, cana gətirir. Əski etiqadlara görə, məhz o gün “qara nəhr”də yatmış dörd cür külək Yer üzünə çıxaraq əvvəlcə özü təmizlənir, sonra isə hər biri bir libasda özünü göstərir. Burada rənglər də mifik məna daşıyır. Ağ yel - ağ libasda, qara yel - qara libasda, xəzri - göy libasda, gilavar qırmızı libasda təsəvvür edilir. Yel çərşənbəsi bu dördlüyün cəmində qısa müddətdə bütün dünyanı gəzib dolaşır.

Əski inaclarda həm də Yel ya özü Tanrıdır və ya dünyanı idarə edən tərəfindən göndərilən bir qüvvə kimi göstərilir. O, insanları əzizləyir, onlara kömək edir, qəzəblənəndə isə adamları cəzalandırır. Quranda isə yelin Allah tərəfindən göndərildiyi qeyd edilir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi qismində çıxış edir. Yaradılış mifologiyasında torpaqla suya daha çox statiklik, donuqluq, yelə, oda isə dinamiklik, hərəkət xasdır. Bu mənada yel, hava birbaşa ilahi qüvvənin iradəsinin ifadəsi kimi çıxış edir.

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görür. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Analar uşaqları üçün təzə pal-paltar alır. Qız-gəlinlər böyük sevinclə şirniyyat hazırlayır. Həmin gün xeyli boy atmış səməninin ortasına qırmızı qumaş bağlanır.

Dörd ilahi başlanğıcdan üçüncüsü olan Yel çərşənbəsində Yel Babanın şərəfinə xüsusi mərasimlər, ayinlər də keçirilir. Yellə bağlı nəğmələr, bayatılar söylənilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.04.2019
18.04.2019