Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda su ehtiyatları 10-15 faiz azalıb
Tarix: 12.03.2019 | Saat: 13:50:00
Bölmə:Sosial | çapa göndər

Son onilliklərdə baş verən iqlim dəyişmələri fonunda yağıntıların azalması və temperaturun artması nəticəsində ölkədə su ehtiyatları 10-15 faiz azalıb.

Bunu ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, bu prosesin müxtəlif iqlim ssenarilərinə əsasən gələcəkdə də davam etməsini nəzərə alaraq, təbii sərvətimiz olan sudan səmərəli istifadə olmasına nail olmaq lazımdır.

U.Tağıyeva deyib ki, bu ilin mart ayının 6-dan 18-dək ölkədə çaylarımızı qidalandıran qar ehtiyatlarını qiymətləndirmək üçün Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərinə ekspedisiyalar təşkil edilib.


O qeyd edib ki, bu tədqiqat işləri Daşkəsən-Gədəbəy, Quba-Qusar, Şəki-İsmayıllı, Şəki-Zaqatala istiqamətlərində 23 marşrut üzrə aparılır. Qar ölçmə işlərini Milli Hidrometeorologiya Departamentinin 15 nəfər mütəxəssisindən ibarət olan 4 qrup həyata keçirir. Ümumi qar həcminin təyin ediməsi üçün tədqiqatlar zamanı dayanıqlı qar xəttinin yerləşmə hündürlüyü, qar layının sıxlığı və onun tutduğu sahə müəyyən edilir:

"Qar suları yaz-yay gursululuq dövründə respublikanın əksər çaylarının həm səth, həm də yeraltı qida mənbələrini formalaşdırır. Buna görə aprel-iyun ayları ərzində respublikanın Şəmkir, Mingəçevir, Araz və s. su anbarlarında gözlənilən sululuğa uyğun tənzimləmə işlərinin aparılması üçün gursululuq axımı proqnozu tərtib edilir. Bu növ proqnozlar müvafiq təşkilatlar tərəfindən sudan istifadənin düzgün planlaşdırılması məqsədi ilə digər çaylar üçün də tərtib edilir.

Respublikanın kənd təsərrüfatı məhsullarının 90 faizi suvarılan torpaqlarda yetişdiyindən suvarmada istifadə olunacaq su mənbələrinin və onlarda gözlənilən su ehtiyatlarının əvvəlcədən müəyyən edilməsi vacibdir".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.04.2019
20.04.2019