Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Elmlər Akademiyasının həyətindəki yarmarkada qiymətlər 30-40 faiz ucuzdur – REPORTAJ
Tarix: 12.03.2019 | Saat: 19:30:00
Bölmə:Reportaj | çapa göndər

Novruz Bayramı ilə əlaqədar olaraq mart ayının 2-dən paytaxtda həm rayon icra hakimiyyətləri tərəfindən, həm də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yarmarkalar təşkil edilib. “Həftə içi”nin əməkdaşı olaraq paytaxtın bir neçə yarmarkasında olduq və orada satılan məhsulların həm keyfiyyəti, həm də qiyməti ilə maraqlandıq.

Qeyd edim ki, Kənd Təsərrüfatı Nazirliyinin “Kənddən-şəhərə” layihəsi əsasında Azərbaycan Milli Elmlər Akademiyasının həyətində salınmış Satış Yarmarkası qiymətlərinə görə xüsusilə fərqlənirdi. Sözügedən yarmarkada qiymətlər digər yarmarkalara və “8-ci Kilometr” bazarı ilə müqayisədə 30-40 faiz ucuz idi. Bu yarmarkanın özəlliyi ondadır ki, satılan məhsullar çoxçeşidliliyi ilə yanaşı, satıcıların hamısı rayonlardan gələn fermerlərdir. Onlar öz məhsullarını satırdılar.
Satıcı Fazil Təhməzov Şamaxı Damazlıq Arıçılıq Təsərrüfatının müdiridir, yarmarkaya 300 kiloqramdan çox xalis bal gətirib satdığını dedi: “Bizim təsərrüfatın bal və məhsulları yüksək keyfiyyətə malik olduğuna görə, Rusiya, Hollandiya və bir sıra xarici ölkələrin sertifikatlarını alıb. Balın 1 kiloqramını 20 manata veririk. Bu da bazar qiymətindən 3 faiz aşağıdır. Yarmarkaya gətirdiyim bal artıq qurtarmaq üzrədir. Alıcılar çoxdur. Burada məhsullarımızın satışı üçün hər cür şərait yaradılıb. Başlıcası odur ki, bizdən yerhaqqı alınmır. Bu səbəbdən də qiymət həm alıcılar, həm də bizim üçün sərfəlidir”.


Gündəlik işlədilən kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəzlə yanaşı, süd və ət məhsullarında da qiymət fərqi var idi. Digər yarmarkalarda, ancaq mal əti satıldığı halda, sözügedən yarmarkada mal əti ilə yanaşı, quzu əti də satılırdı. Dana əti 8 manat 60 qəpik, quzu əti 8-9 manat arası satılırdı. Halbuki bazarlarda qoyun əti 13 manata, dana əti isə 11 manata satılır.
Süd məhsullarında, həmçinin kənd toyuqlarının və kənd yumurtasının da satışında fərq çox idi. Getdiyimiz yarmarkalarda və “8-ci Kilometr” bazarında 5 manata satılan pendir burada 3 manata, ədədi 25 qəpiyə satılan kənd yumurtası 18-20 qəpiyə, bir dənəsi 10 manata satılan kənd toyuğu çəkisindən asılı olmayaraq 5 manata satılırdı. Həmçinin quru və ləpə məhsullarında da qiymət fərqli idi. Bazarda şabalıdın kiloqramı 8 manat olduğu halda, burada 6 manat, kiloqramı 8-10 manata satılan qabıqlı qoz və fındıq 4-5 manata, 14-18 manata satılan ən keyfiyyətli ləpə qoz 8-12 manata, 17 manata satılan kişmiş 7-8 manata satılırdı. Həmçinin gündəlik işlədilən kartof və soğanda da ən azı, 2 manat fərq vardı. Digər tərəvəz məhsullarında da müqayisədə qiymətlər çox aşağı idi.
Diləfruz adlı bir qadın Nərimanov rayonundan gəldiyini söylədi: “Bura çox ucuzluqdur. Qonşumuz gəlib burdan bazarlıq edib. Mənə də dedi ki, Elmlər Akademiyasının həyətində yarmarka açılıb, çox ucuzluqdır, satılan məhsullar həm də keyfiyyətlidir. Gəlib lazım olan məhsulları almışam. Qiymətlər münasibdir, bizi qane edir.

Bu yarmarkanı təşkil edən qurumlara, eləcə də ölkə başçısına və Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə öz təşəkkürümüzü bildiririk. Yeri gəlmişkən, deyim ki, yarmarkada nəzarət olduqca güclüdür”.
Bir sözlə, gələn alıcılar yarmarkadan razı qaldıqlarını və qiymətlərin münasib olduğunu söylədilər. Adıçəkilən nazirliyin koordinatoru Təvəkkül Məmmədov qiymətlərin satışına şəxsən özü nəzarət edirdi. Koordinator bildirdi ki, satılan məhsulların hamısı bölgələrdən gətirilib. Bir nəfər də olsun alverçi yoxdur. Ağdaş, Ağcabədi, Bərdə, Ağdam, Astara, Göyçay, Şamaxı, Quba, Qəbələ, Xaçmaz, Neftçala, Biləsuvar, Abşeron və Xəzər rayonunun Zirə qəsəbəsindən yerli fermerlərin istehsal etdikləri və onlar tərəfindən gətirilən yerli məhsullardır: “Burada fermerlər üçün hər cür şərait yaradılıb. Pulsuz xalat, tərəzi və kisələrə kimi təmin olunub. Yerhaqqı alınmır, 80 çeşiddən çox kənd təsərrüfatı məhsulu satış yarmarkasına çıxarılıb.
200 tondan çox məhsul gətirilib. Bazarla müqayisədə qiymətlərdə 30-40 faiz ucuzluqdur. Yarmarkada nəzarət çox güclüdür. Hətta nazirin özü də yarmarkaya gəlib qiymətlərlə maraqlanır. Bütün qiymətlər satılan məhsulların üstünə yazılıb qoyulur və biz tərəfdən də nəzarət edilir. Söz düşmüşkən deyim ki, yarmarka bayramadək hər gün paytaxt sakinlərinin xidmətindədir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.03.2019
18.03.2019