Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Hafiz Hacıyev canlı yayımda ayaqqabılarını çıxardı - GÜNÜN TƏZADLARI
Tarix: 12.03.2019 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Martın 12-də Musavat.com-un canlı yayımında maraqlı hadisə yaşandı. Hafta.az-ın eyni sayta istinadla verdiyi xəbərdə deyilir ki, canlı yayımın qonaqları Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qarşı-qarşıya gəlib. Yayın zamanı Hafiz Hacıyev izləyicilərin ona ünvanladığı suallara əsəbiləşərək, studiyada ayaqqabısını çıxarıb və onlara göstərib. O, bu hərəkəti ilə imkansızlıqan ayaqqabısını dəfələrlə yamatdırdığını nümayiş etdirib. Onun bu jesti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hətta bir neçə izləyici öz mobil telefonunu canlı yayının şərh bölməsinə yazaraq, Hafiz Hacıyevə yeni ayaqqabı alacaqlarını bildirib.


Daxili İşlər naziri Prezidenti saxtakarlıqda suçladı


Ukraynanın Daxili İşlər naziri Arsen Avakov hazırkı prezident Pyotr Poroşenkonun seçki qərargahı tərəfindən seçicilərin pulla ələ alınması kampaniyası aparıldığını bildirdi. Hafta.az yazır ki, nazirin sözlərinə görə, proses büdcə vəsaitlərinin hesabına həyata keçirilir. Arsen Avakov bu sözləri “İCTV” telekanalının “Azad söz” proqramında səsləndirib. “Hakimiyyət yönümlü seçki qərargahı xüsusi təbliğatçılar komandası qurub. Onların hər biri ən kasıb sayılan 100 vətəndaşın mənzillərinə gedərək, prezidentə səs vermələri müqabilində maddi dəstək vədi verirlər. Həmin şəxslərin siyahısı müvafiq rayonun icra hakimiyyətlərinin rəhbərinə təqdim olunduqdan sonra, ondan hər seçici üçün 1 000 qriven (təxminən, 40 dollar) pul istəyirlər. Bütün bunlar isə büdcədən ayrılan proqramlar əsasında gerçəkləşdirilir. Ukraynalı nazir bununla əlaqədar Odessa və Xarkov vilayətlərindən, ən çox da Kiyevdən informasiya və şikayətlərin gəldiyini bildirib. Daxili İşlər naziri milli polisin seçicilərin pulla ələ alınması prosesində iştirak etdiyi güman edilən 2 min şəxsə çağırış vərəqəsi göndərdiyini sözlərinə əlavə edib.O, büdcədən xərclənən pullarla səslərin alınmasını “əclaflıq” adlandırıb.
Xatırladaq ki, Ukraynada prezident seçkiləri bu ilin martın 31-də keçiriləcək.


Ərdoğan ermənicə başsağlığı verdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun erməni patriarxı, arxiyepiskop Mesrop Mustafyanın ölümü ilə bağlı “Tvitter” mikrobloqunda başsağlığı mətni yayımladı. Hafta.az Axar.az-a istinadla xəbər verir ki, diqqətçəkən məqam başsağlığı mətninin erməni dilində olmasıdır. “Erməni patriarxı Mesrop Mustafyanın ölümü ilə bağlı dərin təəssüf hissi keçirdim. Bu səbəbdən onun ailəsinə, yaxınlarına və erməni vətəndaşlarımıza başsağlığı verirəm”, - deyə bildirilib. Qeyd edək ki, M.Mustafyan 10 illik komadan sonra, axır ki, ölüb.
Türkiyə Prezidentinin məhz erməni dilində başsağlığı yazması həm qardaş ölkədə, həm də Azərbaycanda müzakirələrə səbəb olub.


22 saylı məktəbdə 22 yaşlı müəllimə qəflətən vəfat etdi

 

Bir neçə gün əvvəl Bakı şəhər Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə faciəvi hadisə baş verdi. Hafta.az-ın Publika.az-a istinadla verdiyi xəbərə görə, məktəbin fiziki tərbiyə müəllimi 22 yaşlı Əliyeva Gülnar Balarza qızı qəfil vəfat edib. Belə ki, məktəbdə olarkən gənc müəllimin halı pisləşib və “təcili yardım” çağırılıb. Tibbi yardım briqadası Gülnar Əliyevanın təzyiqinin kəskin düşdüyünü və infarkt ehtimalının yüksək olduğunu bildirib. Bir qədər sonra müəllim keçinib. Qeyd edək ki, orta məktəbdə G.Əliyevanın ölümü ilə bağlı guşə yaradılıb və şagirdlər sevimli müəllimlərinə vida sözlərini yazaraq həmin guşəyə qoyublar. Məktəb rəhbərliyi şagirdlərin yazdığı məktubları vəfat edən müəllimin ailəsinə vermək qərarına gəlib.
Allah rəhmət eləsin!


Bakı sakininin qarajından “Mauzer” tapıldı


Mağtağa qəsəbəsində qarajdan paslı tapança aşkar edildi. Hafta.az yazır ki, DİN Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Maştağa qəsəbə sakini İ.Babayevə məxsus qarajda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1 ədəd “Mauser” markalı paslanmış vəziyyətdə olan tapança, 1 ədəd “Hsc mod 84” markalı piston tapançası və 55 ədəd boş patron aşkar edilərək götürülüb. Araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019