Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yeni Zelandiya və Fici də “Boeing 737 Max 8” təyyarələrinin uçuşunu dayandırıb
Tarix: 13.03.2019 | Saat: 10:38:00
Bölmə:Dünya | çapa göndər

Yeni Zelandiyanın Mülki Aviasiya İdarəsi Efiopiyada baş verən qəzadan sonra “Boeing 737 Max 8” sərnişin təyyarələrinin uçuşlarını dayandırıb.

Hafta.az xəbər verir ki, bu barədə idarənin yaydığı bəyanatda məlumat verilib.

“Yeni Zelandiyanın Mülki Aviasiya İdarəsi “Boeing 737 Max 8” laynerinin ikitərəfli uçuşlarını dayandırıb”, - deyə idarənin saytında yayımlanan məlumatda bildirilib.

İdarənin direktoru Qrem Harris isə qeyd edib ki, laynerin uçuşlarının dayandırılması barədə qərar hava gəmisinin layihələndirilməsinə nəzarəti həyata keçirən ABŞ Mülki Aviasiya Federal İdarəsi və digər aviasiya müəssisələri ilə bu yaxınlarda aparılan müzakirələrdən sonra qəbul edilib.

Vurğulanıb ki, Yeni Zelandiyaya “Boeing 737 Max 8” təyyarələrinin uçuşunu yalnız “Fiji Airways” şirkəti həyata keçirir və qadağa da bu şirkətə tətbiq olunacaq. “Radio New Zealand National” radiostansiyasının bildirdiyinə görə, Fici Mülki Aviasiya İdarəsi və “Fiji Airways” şirkəti də “Boeing 737 Max 8” təyyarələrinin istismarını dayandırmaq barədə qərar qəbul edib.

Xatırladaq ki, martın 10-da “Ethiopian Airlines” şirkətinə məxsus “Boeing 737 Max 8” sərnişin təyyarəsi Debre-Zeyt şəhəri yaxınlığında qəzaya uğrayıb. Bu, son beş ayda həmin modeldən olan təyyarələrin ikinci qəzasıdır. Bundan sonra bir çox ölkələr və aviaşirkətlər həmin təyyarələrin istismarını dayandırıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.03.2019
18.03.2019