Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dövlət Gömrük Komitəsi jurnalistlər üçün üçgünlük təlimlərə start verib - FOTO
Tarix: 13.03.2019 | Saat: 10:59:00
Bölmə:Sosial | çapa göndər

Martın 13-də Dövlət Gömrük Komitəsi bu sahədən materiallar hazırlayan jurnalistlər üçün Şəkidə üçgünlük təlimlərə start verib.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə təlim "Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövsusunu əhatə edir. Əvvəlcə tədbirin açılış mərasimi gerçəkləşib. Sonra Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin əməkdaşları təlim keçiblər. Onlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları" təqdim edilib. Ardınca mövzu ilə bağlı müzakirələr aparılıb. DGK əməkdaşları jurnalistləri maraqlandıran sualları cavablayıblar. Gömrük Risklərinin İfadə Olunması və Audit Baş İdarəsinin əməkdaşları gömrük işinin təşkilində risk meyarından bəhs ediblər. Risklərin analizi sisteminin tətbiqi və əldə edilən nəticələrlə bağlı söz açılıb. Qeyd edək ki, təlim martın 15-də başa çatacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.04.2019
20.04.2019