Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycanfilm” kinostudiyası, Cəfər Cabbarlının heykəlinin qocalığı - REPORTAJ + FOTOLAR
Tarix: 14.03.2019 | Saat: 12:56:00
Bölmə:Reportaj | çapa göndər

Prezidentin mədəniyyət və incəsənət sahəsinə çalışan bir qrup insanlarla görüşü bu sahədə çalışanları həm sevindirdi, həm də məsuliyyət hissini artırdı. Çünki biganəlik yəqin bir gün keçib gedər. Biganəlik sözünü elə belə demədim. Elə yazıda mədəniyyət və incəsənət aləminin mühüm xadimləri ilər görüşdən söz salmışkən “Azərbaycanfilm” kinostudiyası yadıma düşdü. Bu gün sevə-sevə baxdığımız filmlərin çəkilməsində xidmətləri olan bu film kino studiyası hazırda bərbad bir durumdadır. Rəhmətlik Cəfər Cabbarlının heykəli də lap köhnəlib. Heykəl də elə qocalıb ki…

Bu gün hafta.az olaraq Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına baş çəkdik. Bu planımız çoxdan olsa da, nəhayət bu gün baş tutdu. Qapısında bir neçə dəfə olub, geri qayıtmışdıq.

Binaya daxil olub xoş olmayan mənzərini gördükcə adam kövrəlir. Təzə olan yeganə şey divarlarda vurulan məşhur rejissorların, aktyorların rəsmləridir. Elə bu rəsmlərə baxa-baxa direktorun otağına yaxınlaşdıq. Bura bir az səliqəlidir. Hər halda müdür otaqları həmişə belə olur.

Gəlişimizi xəbər verdilər. Bizi qəbul edən direktor Müşfiq bəylə söhbət etdik. Kinostudiyanın vəziyyətinin yaxşılaşacağını bildirdi. (Direktorla müsahibəni artıq oxucularımıza təqdim etmişik).

"Bu gün dövlət bizə dəstək olur. Ancaq bu daimi ola bilməz. Ona görə də kinoda böyük islahatlara ehtiyac var. Biz özümüz də bir çox təklifləri vermişik. Yeni konsepsiyada bu daha çox özünü göstərəcək. Biz çalışmalıyıq ki, kino da qeyri neft sektoru kimi uğur qazansın. Daha hər hansı güzəştə, yardıma ehtiyac duymadan özü-özünü formalaşdırsın. Həm peşəkar kino məktəbinin qorunub saxlanılmasına, həm də kinonu gəlirli sahəyə çevirməyə nail olaq. Dünya kinosuna inteqrasiya edək" - deyir direktor.

Sonra Müşfiq bəylə sağollaşıb studiyanın digər yerləri ilə tanış olmaq üçün gəzirik. Qaranlıq və rütubət qoxan dar dəhlizdən keçib bir qıfıllı otağın qarşısında dayandıq. İçəri daxil olduq. Kinolarda istifadə olunan silahlara göz gəzdirdik. Maraqlıdır. Burada hər cür silahı görmək olar. Adamın diqqətini çəkir. Buradan çıxıb səs yazma otağıa daxil oluruq. Üç dörd nəfər var. Bir nəfər isə sakitcə vərəqdən mətn oxuyur.

Digərləri ilə tanış olmasaq da Elxan Cəfərovu tanıyırıq. Mətni oxuyan da elə özüdür. Bizi gördükdən sonra saxlayır. Salamlaşırıq.

- Elxan bəy, kinostudiyanın durumu sizə də, bizə də bəllidir. Amma vaxtilə həm bu bina, həm kinolarımız gözəl olub. Bu gün niyə bu sahə geridə qalır?

- Mədəniyyətin inkişafının cəmiyyətin həyatında rolu çox böyükdür. Artıq 25 ildən artıqdır ki, biz köhnə dünyadan çıxıb, yeni dünya qururuq. Bu cəmiyyətin quruculuğunda mədəniyyətin rolu danılmazdır. Sabah "Azərbaycan xalqı harada yaşayıb, nə işlə məşğul olub, etiqadı, düşüncəsi nədir sualı verildikdə" ağıla gələn mədəniyyət sahəsinin göstəriciləri olacaq. Bu nöqteyi nəzərdən kino sahəsi geridə qalmamalıdır. Sovet dövründə qurulan kino ənənələri bu gün də davam etdirilir. Həmin ənənələrin üzərində neçə-neçə nəsil böyüyüb, azərbaycanlı olmasını dərk edib. Son dövrlər isə kino və mədəniyyət sahəsinə dövlətimizin diqqəti də danılmazdır. Cəmiyyət quruculuğu artıq başa çatmaq üzrədir.

- Kino sahəsində inkişafın olduğunu deyirsiz. Yeni çəkilən və çəkdiyiniz filmlərdə o inkişafı görə biləcəklərmi izləyicilər?

- Əlbəttə. Yeni çəkilən filmlərimiz köklü surətdə olmasa da, keçmiş kinolarımızdan fərqlidir. Maddi- texniki bazanın yaradılmasına ehtiyac var. Bu gün isə maddi-texniki baza yoxdur. Cənab Prezidentin tapşırığı əsasında yeni konsepsiya işlənib hazırlanacaq. Kinonun inkişafı kinostudiyanın təmiri və kinonun çəkilişindən ibarət deyil. Burada yayım işi, gənclərin professional şəkildə öyrədilməsi, maddi- texniki bazanın müasirləşdirilməsindən söhbət gedir. Bunlar olduqdan sonra müasir standartlara uyğun kinolar çəkiləcəkdir.

Elxan müəllim kino sahəsində istənilən qədər danışa bilən bir insandır. Lakin bu gün məqsəd “Azərbaycanfilm” kinostudiyası haqqında, orada nə kimi yeniliklərin olacağını öyrənməkdir.

Böyük binada qapıların bəziləri bağlıdır. Biz də başqa bir açıq olan otağa daxil oluruq. Burada diqqətimizi çəkən isə geyimlərdir. Filmlərimizdə çəkilən aktyorların geyindikləri paltarlara, papaqlara baxdıqca sevərək izlədiyimiz obrazlar gözümüzün qarşısında canlanır bir anlıq. Avadanlıqların saxlanıldığı bölmələrin adları da rus dilindədir. Bu fakt bir daha dahi dramaturq Cəfər Cabbarlının adını daşıyan, özləri həyatda olmasa da hələ də bizlərin yaddaşında və qəlbində silinməz izlər buraxan neçə-neçə aktyorlarımızın ikinci evi olmuş bu müqəddəs ocağın çağırışlarına diqqətlə yanaşmağın vaxtının çatdığını göstərir. 

İnanırıq ki, bu böyük və əzəmətli bina da təmir edilər, yeni avadanlıqlarla təchiz olunar. Yeni-yeni filmlərlə biz izləyiciləri sevindirər və Azərbaycan kinosunun adını dünyaya tanıdar. Buna ümidimiz böyükdür…

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019
Heydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikib
ƏƏSMN-də icbari tibbi sığortanın tətbiqi müzakirə edilib - FOTO
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
YAP-ın Mərkəzi qərargahında AXC-yə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib - FOTO
Ermənistan idmandan siyasi alət kimi istifadə edir - XİN
Avroliqanın finalı ərəfəsində 450 avtobus ayrılacaq - BNA
Mxitaryanla əlaqədar Azərbaycana və UEFA-ya ünvanlanan tənqidlər başadüşülən deyil - Ermənistan Boks Federasiyası
Nəqliyyat məsələləri üzrə 24 saat fəaliyyət göstərən qərargah yaradılıb - Mais Ağayev
Mayın 25-30-da bu şəxslər nəqliyyatdan ödənişsiz istifadə edəcək
“Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir” - Əli Həsənov