Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Son bir ildə 30-dək gömrük əməkdaşına qarşı korrupsiya əməlinə görə tədbirlər görülüb - Mirqasım Vahabov
Tarix: 13.03.2019 | Saat: 11:09:00
Bölmə:Gündəm | çapa göndər

"Son bir ildə 30-a yaxın əməkdaşımıza korrupsiya faktlarına görə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb. Çalışırıq ki, gömrük orqanlarında çalışan minlərlə insanın hər biri əhaliyə mədəni xidmət göstərsin".

Hafta.az xəbər verir ki, bunu Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Gömrük Xidmət General-mayoru Mirqasım Vahabov deyib.

General bildirib ki, Gömrük islahatları cənab prezidentin müvafiq tapşırıq və sərəncamına uyğun olaraq həyata keçirilir:

"Görülən işlər hər kəsin gözü qarşısındadır. Əlbəttə ki, gömrükdə çox böyük dəyişikliklər baş verib. İlk olaraq bu dəyişiklik Azərbaycanın milli inkişafına istiqamətlənmiş tədbirlərdir. Bu baxımdan belə görüşlərin təşkili də bizim üçün böyük əhəmiyyət kəsb edir. Jurnalistlər sərhəd- keçid məntəqələrində də olub, oradakı xidmətlərlə tanış ediliblər. Yəni hər şeyi gözlərinizlə görmüsünüz. Son bir ilin nəticəsi onu göstərirdi ki, şəffaflığı təmin etməyib, bir korrupsiyada əli olan əməkdaşlar hüquq mühafizə orqanına verilib. Son bir ildə 30-a yaxın əməkdaşımıza korrupsiya faktlarına görə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb. Çalışırıq ki, gömrük orqanlarında çalışan minlərlə insanın hər biri əhaliyə mədəni xidmət göstərsin. Demək olar ki, bunun öhdəsindən gəlmişik. Kifayət qədər təlimlər keçirilir ki, orada da gömrük əməkdaşları da iştirak edirlər. Bu təlimlərdə də göstərilən xidmətlərlə bilvasitə tanış olacaqsınız".

Mirqasım Vahabov onu da vurğulayıb ki, son illərdə hədəflər müəyyənləşib:

"Cənab prezident tərəfindən təsdiqlənmiş yol xəritələri mövcuddur. Bu xəritələr ayrı-ayrı sahələri əhatə edir. Müəyyən edilən hədəflerə uyğun olaraq nəticələr də proqnozlaşdırılıb. Bir sıra qanunvericilik aktları da imzalanıb ki, burada biznes, investisiya mühitinin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Bu hədəflər yerinə yetirildikcə Azərbaycan iqtisadiyyatında artımlar müşahidə olunmaqdadır. Komitə sədrinin kifayət qədər imzaladığı sərəncamlarla ticarətin asanlaşması gömrük xidmətinin daha da yuksekdilmesi istiqamətində işlər görülür. Gömrükdə "Bir pəncərə", "Yaşıl dəhliz" sistemləri ticarətin və digər bu kimi işlərin asanlasmasına yardım edir".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019