Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"İnternet texnologiyaları dünyanın inkişafında mühüm rol oynayır" - BMT nümayəndəsi
Tarix: 13.03.2019 | Saat: 11:49:00
Bölmə:Sosial | çapa göndər

"İnternet texnologiyaları dünyanın inkişafında mühüm rol oynayır. Risqlərin olduğu da məlumdur internetdən istifadədə. Amma bu təhlükələrin qarşısını almaq müstəvisində  önləyici tədbirlər görülür. Şəhər və kənd yerlərində internetin inkişafında fərq qoyulmamalı, hamının eyni səviyyədə təmin olunmasına çalışmalıyıq. Bu heç kim kənarda qalmasın prinsipinə uyğun olaraq sadə insanların həyatını yaxşıya doğru dəyişmək, yeni nəsil idarəetmə üsullarını inkişaf etdirmək, eləcə də, internet texnologiyalarının potensialını daha yaxından araşdırmaq üçün yeni imkanlar irəli sürür, daha əhatəli və hər kəs üçün əlçatan olan idarəetmə platformalarını yaradır”. 

Bu sözləri paytaxt Bakıda keçirilən 6-cı Regional İnternet İdarəçiliyi Forumunda çıxışı zamanı BMT baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (BMTİP) rəhbərinin müavini və BMTİP-in Avropa və MDB üzrə regional bürosunun direktoru Miryana Spolyariç Eqqer deyib.

Onun sözlərinə görə, uzun müddətdir Azərbaycan BMT-nin proqramı ilə əməkdaşlıq edir. BMT rəsmisi əlavə edib ki, rəqəmsal inkişaf müasir dünyanın güclənməsinə imkan yaradır. O deyib ki, 30 il sonra bu gün danışdığımız məsələlər artıq həll olunmuş olacaq. BMT-nin layihəsinin bir hissəsi olaraq bu layihə artıq Azərbaycanda platformaya çevrilib. Sonda BMT rəsmisi qeyd edib ki, bundan sonra da əməkdaşlıq işləri davam edəcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019