Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Türkiyə hərbçiləri S-400 raketlərinə görə Azərbaycana gələcək
Tarix: 13.03.2019 | Saat: 12:28:00
Bölmə:Dünya | çapa göndər

Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərini (ZRK) almazdan əvvəl hərbçilərinin müvafiq kurs keçməsini təşkil etmək istəyir.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunun üçün türk hərbçilərin Rusiyadan əvvəl Azərbaycana gələcəkləri gözlənilir. Qeyd edək ki, Türkiyə Rusiyadan S-400-ləri artıq iyul ayında alacaq.
Milli Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahının təlimə gedəcək 100-ə yaxın hərbçinin seçiminə başladığı bildirilir. S-400-lərlə bağlı kurs keçəcək hərbçilərin Rusiyadan əvvəl Azərbaycanda olacaqları iddia edilir. Onlar Azərbaycanda, xüsusilə S-300 raketləri ilə yaxından tanış olacaqlar.
Heyət yaz aylarının sonunda Rusiyaya üz tutacaq, 2020-ci ilin yanvarında isə Ankaraya qayıdacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.03.2019
18.03.2019