Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Azərbaycan kibertəhlükəsizlik sahəsində196 ölkə arasında 45-ci pillədədir" - nazir müavini
Tarix: 13.03.2019 | Saat: 12:37:00
Bölmə:Sosial | çapa göndər

6-cı Regional İnternet İdarəçiliyi Forumunda çıxış edən Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bu dəfə keçirilən tədbirimizin mövzusu kibertəhlükəsizliyə həsr olunub.

"Bu məsələ gündən günə internet istifadəçilərinin narahatlığını artırmaqdadır. Azərbaycanda ümumi inkişafın təmini üçün informasiya texnologiyalarının da inkişafı prioritetdir. Bu baxımdan, kibertəhlükəsizliyi nəzərdən qaçırmaq olmaz. Bu məsələdə bütün müvafiq orqanlar arasında əlaqə mövcuddur. Hətta əlaqəni təmin etmək üçün komissiya da yaradılıb. Hesab edirəm, belə böyük layihənin icrası üçün QHT və sair təşkilatlar da bizə dəstək verəcək" deyən E.Quluzadə əlavə edib ki, Azərbaycanda səlahiyyət sahələrindən asılı olaraq komputer təhlükəsizliyinə qarşı qruplar fəaliyyət göstərir. "Bu müstəvidə beynəlxalq təşkilatlarla əməkdaşlığımız bizə imkan verir ki, kibertəhlükəsizkik sahəsində effektli mübarizə aparaq" deyən nazir müavini qeyd edib ki, hazırda dövlət qurumlarının internet sistemi tam təhlükəsiz fəaliyyət göstərir. 

"Təhlükəsizlik strategiyasında nəzərdə tutulub ki, bütün sahələrdə xüsusi müdafiə şəbəkəsi yaradılsın" deyən nazir müavininə görə, son qiymətləndirmə siyahısında Azərbaycan kibertəhlükəsizlik sahəsində196 ölkə arasında 45-ci pillədədir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019