Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yaradıcılıq ittifaqları və birliklərinə 3 milyon manata yaxın vəsait ayrılıb - SƏRƏNCAM
Tarix: 13.03.2019 | Saat: 17:39:00
Bölmə:Gündəm | çapa göndər

Prezident İlham Əliyev yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasında dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən yaradıcılıq ittifaqları və birlikləri milli ədəbiyyatın və ana dilinin inkişafında, xalqımızın zəngin musiqi irsinin dünyada geniş miqyasda tanıdılmasında, teatr, kino və aşıq sənəti ənənələrinin qorunub saxlanılması və təbliğində fəal iştirak edir.

Ölkənin mədəni həyatında və ədəbi-ictimai fikrin formalaşmasında, habelə Azərbaycanda mədəniyyətin, incəsənətin təbliğində, memarlığın inkişafında yaradıcı kollektivlərin rolu əvəzsizdir.

Sərəncama əsasən, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 min manat, Azərbaycan Bəstəkarlar İttifaqına 650 min manat, Azərbaycan Rəssamlar İttifaqına 350 min manat, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına 300 min manat, Azərbaycan Memarlar İttifaqına 250 min manat, Azərbaycan Teatr Xadimləri İttifaqına 250 min manat və Azərbaycan Aşıqlar Birliyinə 250 min manat ayrılır.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019
Kiyev universitetində alban-udi xristian icmasının rəhbərləri ilə görüş keçirilib
Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub - FOTO
"Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır" - Əli Əhmədov
Üç rayon üzrə səyyar qəbul keçiriləcək
Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
İdman və həvəskar balıq ovu üçün balıqovlama biletinin alınması tələb olunmur - ETSN
Ermənistan və Azərbaycan substantiv danışıqlara başlamalıdır - Məmmədyarov
Ceyranbatanda su kəmərində axıntı olub, təmir bu gün başa çatacaq - Azərsu
“Üç-beş nəfər qaragüruhçunun törətdiyi əməllərin heç bir nəticəsi ola bilməz” – Nəsib Məhəməliyev
Leyla Əliyeva "Pekin Ekspo 2019" Botanika Sərgisində Azərbaycan pavilyonunun rəsmi açılışında - FOTO