Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mingəçevirdə Çərşənbə tonqalı böyük yanğın törətdi - GÜNÜN TƏZADLARI
Tarix: 13.03.2019 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Mingəçevirdə yeni 1-cı köçkün şəhərciyinə bitişik ərazidə tonqal kimi qalanan ocaq böyük yanğına səbəb oldu. Hafta.az yazır ki, ONA-nın xəbərinə görə, bayram tonqalının odu ətraf ərazıdəki qamışlığa keçib. Yanğın böyük əraziyə yayılıb. Yanğının tüstüsü, hətta şəhər mərkəzindən müşahidə edilib. Şəhər FHN-in yanğınsöndürmə briqadaları çevik müdaxilə ilə yanğının böyüməsinə və yaşayış sektoruna keçməsinə imkan verməyiblər. Hazırda yanğın tamam söndürülüb.


Toyuqlar birləşib tülkünü öldürdü


Fransada yumurta istehsal olunan toyuq fermasında toyuqların hininə girən bir tülkü toyuqlar tərəfindən dimdiklənərək öldürüldü. Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, hadisə Fransanın "Le Gros Chene" texniki əkinçilik liseyinin ərazisində baş verib. Fransız xəbər agentliyi “AFP”nin xəbərinə görə, toyuqların hininə girən tülkü oradan çıxa bilməyib. Hinin avtomatik qapılarının günbatımı ilə birlikdə bağlandığı və kilidləndiyi, tülkünün də bu səbəbdən oradan çıxa bilmədiyi qeyd olunub. Ölkənin Brittani bölgəsindəki liseyin şagirdləri səhər tezdən toyuqlara baxmaq üçün hinə girəndə tülkünü ölü halda tapıblar.


Bakıda Novruz tonqalı ağacları yandırdı


Xətai rayonunda bayram tonqalı ağacların yanmasına səbəb oldu. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, hadisə Gəncə prospekti, 2 ünvanında baş verib. Yel çərşənbəsi münasibətilə binanın həyətyanı sahəsində tonqal qalanıb. Küləkli hava şəraiti alovun yüksəlməsinə səbəb olub. Nəticədə, alov binanın yaxınlığındakı küknar ağaclarını yandırıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Söndürmə Xidmətinin əməkdaşları cəlb edilib. Alovun digər ağaclara və tikililərə keçməsinin qarşısı alınıb.


Sumqayıtda 6 aviabomba aşkar edildi


Sumqayıtda 6 ədəd aviabomba tapıldı. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Trend”ə verilən məlumata görə, martın 12-də saat 16:27-də Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsindən Agentliyə Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcilitəxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 6 ədəd təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan) aviabomba (“TAB-7”) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Qurban Qurbanovun oğlu cərimələndi


AFFA İntizam Komitəsinin növbəti iclasında Azərbaycan I Divizionunda çıxış edən klubların yol verdikləri səhvlərə görə cəzalarını açıqladı. Hafta.az-ın Publika.az-a istinadla verdiyi xəbərə görə, komitə "Qarabağ-2"nin futbolçusu Musa Qurbanlını da cəzalandırıb. Oyunçu "Səbail-2" ilə matçda ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün ona 1 oyunluq diskvalifikasiya tətbiq edilib. Klub isə 20 manat məbləğində cərimələnib. Qeyd edək ki, Musa Qurbanlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğludur.


Astarada 15 tank minası tapıldı


Martın 12-də Astara şəhərinin Aydın Məmmədov küçəsi, 47 ünvanında mina tapıldı. Hafta.az yazır ki, ONA-nın ANAMA-ya istinadla yaydığı xəbərinə görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN Astara rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 15 ədəd təlim məqsədli (tərkibində partlayıcı maddə olmayan) tank əleyhinə mina (TM-62M) aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.03.2019
18.03.2019