Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Yerevan danışıqları uzatmaq niyyətindən hələ də əl çəkməyib" - Musa Qasımlı
Tarix: 14.03.2019 | Saat: 10:29:00
Bölmə:Siyasət | çapa göndər

Ermənistanın baş naziri Nikol Paşinyən ATƏT-in Minsk Qrupunun son bəyanatından dərhal sonra Dağlıq Qarabağa gedərək separatçı rejimin nümayəndələri ilə birlikdə toplantı keçirtdi. Daha sonra isə yenidən özünü "sülhpərvər" göstərməyə çalışan bəyanatlar səsləndirdi. 

“Mən yalnız Azərbaycan Prezidenti ilə deyil, həm də Azərbaycan xalqı ilə danışıqları davam etdirməyə hazıram”. Paşinyan öz tvitter mikrobloqunda yazıb. . O, Azərbaycan xalqının Ermənistan və qondarma Dağlıq Qarabağın xalqı kimi "sülhpərvər" olduğuna inandığını qeyd edib.

Hafta.az- a Paşinyanın bəyanatını şərh edən millət vəkili, professor Musa Qasımlı dedi ki, Nikol Paşinyanın müvafiq bəyanatı bir daha göstərir ki, belə hərəkətləri ilə Yerevan danışıqları uzatmaq və problemi dinc yolla həll etmək niyyətindən hələ də əl çəkməyib:

“O, Azərbaycan xalqı ilə danışıb da nə deyəcək? Deyəcək Ermənistan işğalçıdır, Azərbaycan torpaqlarını işğal edib? Azərbaycan xalqı ölkənin ərazi bütövlüyü məsələsində artıq öz sözünü ümumxalq referendumunda qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında deyib".

Qeyd edək ki, Nikol Paşinyan bu bəyanata qədər öz sosial hesablarında bir neçə dəfə belə bəyanatlar yayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019