Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Atletimiz dünya birinciliyinin bürünc medalçısı oldu
Tarix: 14.03.2019 | Saat: 10:29:00
Bölmə:İdman | çapa göndər

8-16 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyi davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından hafta.az-a verilən məlumata görə, 50 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda Azərbaycan milli komandasının üzvləri də iştirak edirlər. Bu gün onlardan daha biri – Əli Şükürlü körpücük üzərinə çıxıb. O, 102 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 125 kq-ı ram edərək bu hərəkətdə dünya birinciliyinin bürünc medalına sahib çıxıb.

Əli təkanla qaldırma hərəkətində də uğurlu çıxışını davam etdirib. O, 155 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də bürünc medala yiyələnib.

Toplam 280 kq (125+155) nəticə göstərən Şükürlü yekun sıralamada da 3-cü yeri tutaraq fəxri kürsüyə qalxmağı bacarıb.

Buna qədər Azərbaycan yeniyetmələri arasında yalnız Nailxan Nəbiyev (2009) və Azər Məmmədli (2012) dünya birinciliklərində toplamda medal qazanmağı bacarmışdı. Əli Şükürlü Las-Veqasda bu uğuru təkrarlamaqla adını tarixə yazdırıb.

Qeyd edək ki, hazırda Las-Veqasda keçirilən yarışda çıxış edən Azərbaycan yığma komandasının aktivində 5 bürünc medal - 1 böyük, 4 kiçik - var. Buna qədər Ömər Cavadov (55 kq) və Rüstəm Qasımov (67 kq) öz çəkilərində birdən qaldırma hərəkətində bürünc medala sahib çıxmışdılar.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019
22.06.2019
Heydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikib
Nazir vətəndaşlarla görüş keçirəcək
ƏƏSMN-də icbari tibbi sığortanın tətbiqi müzakirə edilib - FOTO
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
YAP-ın Mərkəzi qərargahında AXC-yə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib - FOTO
Ermənistan idmandan siyasi alət kimi istifadə edir - XİN
Avroliqanın finalı ərəfəsində 450 avtobus ayrılacaq - BNA
Mxitaryanla əlaqədar Azərbaycana və UEFA-ya ünvanlanan tənqidlər başadüşülən deyil - Ermənistan Boks Federasiyası
Nəqliyyat məsələləri üzrə 24 saat fəaliyyət göstərən qərargah yaradılıb - Mais Ağayev
Mayın 25-30-da bu şəxslər nəqliyyatdan ödənişsiz istifadə edəcək