Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xəzər rayonunda Qadın Resurs Mərkəzi açılıb
Tarix: 14.03.2019 | Saat: 11:24:00
Bölmə:Sosial | çapa göndər

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlığı əsasında Bakı şəhərinin Xəzər rayonunda Qadın Resurs Mərkəzinin açılış mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, açılış mərasimində Xəzər Rayonu İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibinin Köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Rəhbərinin Müavini və BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun Direktoru xanım Miryana Spolyariç Eqqer, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin nümayyəndəsi xanım Simona Haeberli iştirak edib.

Xəzər rayonunda açılmış Qadın Resurs Mərkəzi bu rayondakı qadınların iqtisadi və sosial təşəbbüslərinin planlaşdırılması və əlaqələndirilməsi, potensiallarının artırılması, sahibkarlıq fəaliyyəti, peşə təhsili üçün imkanların yaradılması və ictimai dəstək qazanılması üçün ictimai bir platforma rolu oynayacaq.

Tədbirdə “Öz biznesinə başla və inkişaf et” müsabiqəsinin qalibləri və sahibkarlıq fəaliyyətinə başlamaq üçün qeyri-pul şəkilində qrantla təmin ediləcək 14 qadına sertifikatlar təqdim olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.03.2019
18.03.2019