Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda istixana bananları yetişdiriləcək
Tarix: 14.03.2019 | Saat: 12:04:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycanda bananlara böyük tələbatı nəzərə alsaq, istixana bananlarının yetişdirilməsi kifayət qədər rentabelli ola bilər.

Bunu hafta.az-a Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev deyib.

O bildirib ki, ortamüddətli biznes planına əsasən ölkədə istixana bananlarının yetişdirilməsi planlaşdırılır:

“Azərbaycanda bu məhsula bütün mövsümlərdə böyük tələbat olur, ona görə də istehlakçıların marağı ilboyu təmin olunur. Digər tərəfdən, bu ekzotik meyvə növünün Azərbaycanda yetişdirilməsi nəqliyyat və logistika baxımından sərfəli olacaq”.

B.Quliyev əlavə edib ki, ölkənin cənub regionlarında banan yetişdirilməsi üçün müasir texnologiyalar mövcuddur:

“Bir neçə il azərbaycanlı mütəxəssislər ölkədə banan yetişdirməyi təşkil etməyə çalışdılar, amma təşəbbüs uğurlu olmadı. Hesab edirəm ki, indi müasir texnologiyaların istifadəsi və istixana təsərrüfatlarında texnoloji proseslərin düzgün qurulması səmərəli istehsalı və məhsuldarlığı təmin edəcək”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019
Layihe:"Elm və təhsilin inkişafı."