Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"AZAL"-ın balansında "737 MAX-8" tipli təyyarələr yoxdur" - RƏSMİ AÇIQLAMA
Tarix: 14.03.2019 | Saat: 12:46:00
Bölmə:Sosial | çapa göndər

"Boeing" "737 MAX-8" tipli sərnişin təyyarəsi ilə uçuşların martın 14-dən etibarən bütün dünyada rəsmən dayandırılacağını bildirib. 

Qərar ABŞ aviasiyası üzrə Federal İdarənin, ABŞ nəqliyyatının təhlükəsizliyi üzrə Milli Şuranın, aviasiya hökumətinin müzakirələrindən sonra qəbul edilib.

Bəyanatda bildirilir ki, uçuşlar laynerin təhlükəsizliyi ilə bağlı ictimaiyyəti sakitləşdirmək üçün dayandırılır.

Qeyd edək ki, dünyanın əksər dövlətlərinin hava yolu şirkətləri  Efiopiya və İndoneziyadakı qəzadan sonra "Boeing 737 MAX-8" tipli sərnişin təyyarələri ilə uçuşları dayandırıb. 

Bəs Azərbaycan "Boeing 737 MAX-8" tipli sərnişin təyyarəsi ilə uçuşlar həyata keçirirmi?

"AZAL"-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski hafta.az-a açıqlmasında bildirib ki, hazırda "AZAL"-ın bazasında bu təyyarələr mövcud deyil: ""AZAL" bu model təyyarələrlə uçuşlar həyata keçirtmir".

Bununla belə, Azərbaycan "Boeing 737 MAX-8" tipli təyyarələrin alışı ilə bağlı imzalanmış müqavilələrdən də imtina etməyib. 

İki gün öncə “AZAL”ın prezidenti Cahangir Əsgərov açıqlamasında bildirmişdi ki, AZAL aviaşirkəti ilə Boeing korporasiyası arasında imzalanmış sazişə əsasən, bu ilin sonundan etibarən Azərbaycana üç il ərzində ümumilikdə 10 ədəd Boeing 737 MAX-8 tipli təyyərə gətiriləcəkdir:

“Boeing 737 MAX-8 hava gəmiləri ilə baş verən iki aviasiya qəzasının təhlili nəticəsində bir çox oxşar məqamlar müəyyən edilmişdir –  hər iki təyyarə uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hadisələrin səbəblərinin ilkin versiyası – laynerlərin proqram təminatında ehtimal olunan nasazlıqdır. Biz Boeing korporasiyasında çalışan amerikalı mütəxəssislərlə bu məsələ ilə bağlı sıx əməkdaşlıq edirik. Yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə, həmin qüsurlar ölkəmizə çatdırılma zamanı tamamilə aradan qaldırılacaqdır. Bu məsələ bizim daimi nəzarətimiz altında olacaq".

Xatırladaq ki, 29 oktyabr 2018-ci il tarixdə və cari ilin 10 mart tarixində bu tip iki təyyarə qəzaya uğramışdır.

 

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.03.2019
18.03.2019