Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
BMT baş katibi Bakı forumuna müsaj göndərdi
Tarix: 14.03.2019 | Saat: 16:20:00
Bölmə:Gündəm | çapa göndər

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə yeddinci Qlobal Bakı Forumunun təşkili üçün təşəkkür edirəm".

Hafta.az yazır ki, bu sözlər BMT-nin Baş katibi Antonio Quterreşin yaydığı mesajda deyilir. "Dünyamız bir paradoksla qarşılaşır: çətinliklər bir-biri ilə əlaqəli olduğu halda onların həllinə yönəlmiş səylər əlaqəsizdir. Ekoloji təhlükə və silahlı münaqişələrdən tutmuş artan bərabərsizlik və dözümsüzlüyə qarşı çoxtərəfli əməkdaşlığa hər zamankından daha çox ehtiyac var. Lakin, sadə dildə desək, bu kifayət deyil. Biz, insanların qorxu və narahatlıqlarına cavab vərən həll yollarını səfərbər etdiyimizi və hamıya yararlı olan ədalətli qloballaşmanı yaratdığımızı göstərməliyik. Birləşmiş Millətlər Təşkilatı hər gün sülhməramlı fəaliyyətdən humanitar yardıma, insan hüquqların qorunmasından dayanıqlı inkişafın təşviqinə aid məsələlərlə məşğul olur", - Baş katibin mesajında deyilir.

Daha sonra bildirilir ki, bütün yaxşı işləri məhv edə biləcək bir potensial təhlükə mövcuddur - iqlimin korlanması. İqlim sürətlə dəyişir. Onu yavaşlatmaq üçün göstərdiyimiz səylər yetərli deyil. Bu qlobal problemin həlli məqsədilə səyləri artırmaq üçün sentyabr ayında Nyu-Yorkda iqlim hərəkatı ilə bağlı sammit təşkil edəcəm. Həyəcan təbilini çalmaq və iqlim hərəkatı imkanlarını vurğulamaq işində sizin dəstəyinizə güvənirəm.

Mesaj bu cümlələrlə sonlanır: "Digər çoxtərəfli qurumlar, regional təşkilatlar, vətəndaş cəmiyyəti, özəl sektor və başqa tərəfdaşlarla əməkdaşlıq çox zəruridir. Bu tərəfdaşlıq ruhunda, dialoqa sadiqliyinizi alqışlayır və məhsuldar görüş keçirməyinizi arzu edirəm".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.03.2019
18.03.2019