Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bir neçə gömrük idarə və gömrük postlarında elektron ödəmə terminalları quraşdırılıb
Tarix: 14.03.2019 | Saat: 17:10:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Bir neçə gömrük idarələrində və gömrük postlarında elektron ödəmə terminalları quraşdırılıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov hafta.az-a açıqlamasında deyib.

O bildirib ki, gömrük ödənişləri ilə bağlı Bakı Baş Gömrük İdarəsində, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində, Sumqayıt Baş Gömrük İdarəsində, həmçinin iki sərhəd gömrük postunda - Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunun və Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarət xəttində elektron ödəmə terminalları quraşdırılıb və istifadə edilir.

Azər Abasov qeyd edib ki, "Azərpoçt" ilə paralel olaraq istifadə ediləcək bu terminalların quraşdırılmasına artıq bir ay öncədən başlanılıb. Qısa müddət ərzində digər gömrük postlarının həm idxal, həm də ixrac nəzarət xəttində elektron ödəmə terminalları qoyulacaq. Bu terminallar vasitəsilə gömrük ödənişləri, həmçinin kommunal ödənişləri elektron şəkildə yerinə yetirmək mümkündür:

"Dövlət Gömrük Komitəsinin bu təşəbbüsü gömrük-sərhəd buraxılış məntəqələrində sürətli keçidin təmini, vətəndaş-məmur təmasının minimuma endirilməsi, gömrük məntəqələrindən istifadə edənlərin məmnunluq səviyyəsini yüksəltmək istiqamətində atılan növbəti addımdır".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019
Kiyev universitetində alban-udi xristian icmasının rəhbərləri ilə görüş keçirilib
Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub - FOTO
Üç rayon üzrə səyyar qəbul keçiriləcək
Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
İdman və həvəskar balıq ovu üçün balıqovlama biletinin alınması tələb olunmur - ETSN
Ermənistan və Azərbaycan substantiv danışıqlara başlamalıdır - Məmmədyarov
Ceyranbatanda su kəmərində axıntı olub, təmir bu gün başa çatacaq - Azərsu
“Üç-beş nəfər qaragüruhçunun törətdiyi əməllərin heç bir nəticəsi ola bilməz” – Nəsib Məhəməliyev
Leyla Əliyeva "Pekin Ekspo 2019" Botanika Sərgisində Azərbaycan pavilyonunun rəsmi açılışında - FOTO
“Keçirilən kampaniyalar dövlətimizə qarşı çevrilib” – Azər Badamov