Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Maraqlı və təzadlı Rusiya
Tarix: 14.03.2019 | Saat: 16:35:00
Bölmə:Maraqlı | çapa göndər

Bu yaxınlarda Rusiya dövlətini və əhalisini, eləcə də bu ölkədə yaşayan və işləyən milyonlarla keçmiş sovet, eyni zamanda, Azərbaycan vətəndaşını maraqlandıran çox maraqlı araşdırmlar aparılıb. “Ria Novosti”nin apardığı həmin araşdırmalarda Rusiyada əsasən sosial müstəvidə bir neçə istiqamət nəzərə alınıb. Gəlin onlara ayrı-ayrılıqda baxaq:

Birincisi, araşdırılıb ki, federasiya ərazisində daha yaxşı hansı şəhərdə yaşamaq olar. “Yaxşı yaşamaq üçün isə yaxşı pul qazanmaq lazımdır” fikrini əsas tutan araşdırmaçılara bəlli olub ki, günümüzdə Rusiyada konkret olaraq iqtisadi-maliyyə müstəvisində eyni qanun və qaydalar hökm sürsə də, şəhərlər üzrə fərqlər kəskin şəkildə özünü göstərir. Məsələn, eyni işi görməyinə baxmayaraq insanlar fərqli şəhərlərdə fərqli miqdarda da maaş alırlar. Hətta verilən maaşlarda 2, bəzən isə 7 qat fərq ortaya çıxır.

Siyahıda müqayisə üçün Rusiyanın fərqli bölgələrindən 10 şəhərin adı çəkilir və eyni işə görə verilən maaşlar qeyd olunur. Siyahıya əsasən görülən eyni işə görə, Yujno-Saxalinskdə 81700 rubl olan maaş Salexardda 90540 rubl, Surqutda 72260 rubl, Hantı-Mansiyskdə 66550 rubl, paytaxt Moskvada 71770 rubl, Maqadanda 75600 rubl, Nijnevartovskda 62320 rubl, Tümendə 51560 rubl, Murmanskda 58380 rubl, Anqarskda 42270 rubl verilir. 

Bununla yanaşı, Rusiyada eyni işin qarşılığında verilən ən aşağı maaşlar barədə də məlumat var. Məsələn, işçi eyni işə görə Nalçikdə 25960 rubl, Maxaçqalada 27890 rubl, Çerkesskdə 25200 rubl, Sevastopolda 25700 rubl və Şaxtıda 24910 rubl verirlər. Beləliklə, ən çox maaş verilən Yujno-Saxalinsk və ən az maaş ödənilən Şaxtı şəhərləri aarsında fərq 57210 rubla bərabər olub – 3 dəfədən çox fərq.
Sözügedən araşdırma prosesi çərçivəsində “Zoom Market” adlı agentliyin təhlilləri isə spirtli içkilərin harada və nə qədər içilməsi barədə olub. Siyahıya əsasən Rusiya şəhərləri arasında ən çox spirtli içki Saratovda içilir. Bu da o deməkdir ki, Saratov vilayətində və təbii ki, şəhərində bu məhsul daha çox alınır və sair. Siyahıda ilk yerləri tutan şəhərlər isə aşağıdakılardır: Xantı-Mansiysk, Perm, Saransk, Krasnoyarsk, Çita, Rostov-na-Don, Çelyabinsk, Xabarovsk, Novokuznetsk, Sankt Peterburq… Partaxt Moskva isə bu müstəvidə 16-cı sırada yer alır.

Araşdırmaya görə, spirtli içkilərə ən az meyl göstərən əhali Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində yaşayır. Ondan sonrakı ən az spirtli içki satılan şəhərlər isə Nijni Novqorod və Vladivostokdur.

Qeyd edək ki, “Ən çox içki içilən şəhər” siyahısı 25 fərqli şəhərdə 19-73 yaş aralarında olan 3250 vətəndaş arasında keçirilmiş siyahı əsasında hazırlanıb.

Başqa bir araşdırma sahəsinə görə, Rusiyanın yaşam səviyyəsi baxımından ən yaxşı şəhərlərinin də adı bəlli olub. İlk yerdə Nijniy Novqorod şəhəri qərar tutub. İkinci yerdə Moskva, üçüncü pillədə isə Sankt Peterburq şəhəri qərarlaşıb.

Ümumiyyətlə, Nijniy Novqorod dünyanın ən yaxşı 226 şəhəri arasında 109-cu olub. Həmin siyahıya əsasən, Sankt Peterburq 182-ci, Moskva 191-ci, Yekaterinburq 199-cu və Novosibirsk 206-cı yerdədir (MDB ölkələrinin şəhərlərindən Almatı 177-ci, Kiyev 173-cü, Tiflis 187-ci, Minsk 188-ci, Bakı 195-ci, Daşkənd 203-cü, Bişkek 206-cı, Aşqabad 211-ci və Düşənbə 215-ci pillədədir).

Daha bir maraqlı araşdırma da aparılıb. Bu prosesə əsasən ölkədə peşələrinə və vəzifələrinə görə insanların nə qədər maaş aldıqları bilinib. Araşdırma ilk olaraq ilin bütün fəsillərində şəhərlərin təmizliyi ilə məşğul olan süpürgəçilərdən başlayıb. Məlum olub ki, Rusiyada sıravi süpürgəçilər ayda 45 min rubl (1125 manat), zibil maşınları və digər texnikilarda çalışanlar isə 60 min rubl (1500 manat) maaş alır.

Araşdırma dövlət və hökumət rəhbərliyində təmsil olunanları da əhatə edib. Məlum olub ki, nazirlər arasında ən yüksək maaşı Maliyyə naziri Anton Siluanov alır – ayda 1,7 milyon rubl (42,5 min manat). İkinci sırada olan Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkinin aylıq maaşı 1,27 milyon rubl (31750 manat), üçüncü ən yüksək maaş alan enerji naziri Aleksandr Novakın aylığı isə 1,17 milyon rubldur (29250 manat).

Ən yüksək maaş alan hökumət üzvlərinin siyahısında sonrakı yerləri isə müvafiq olaraq ədliyyə, idman, xarici işlər, səhiyyə və təhsil nazirləri tutur.

Adi dövlət məmurunun orta aylıq maaşı isə 130 min rubl civarındadır (3250 manat). Bütünlüklə Rusiyada isə orta aylıq maaş isə 40 min rubl (1000 manat) civarında dəyişir. 

Araşdırmanın ümumi nəticəsi Rusiya insan mənbələrinin analizi şirkətinin məlumatları əsasında hazırlanıb və təbii ki, respondentlərə də suallar verilib. Sual verilib ki, Rusiyada xoşbəxt yaşamaq üçün nə qədər qazanmaq lazımdır? Bu sualın cavabı da göstərib ki, ölkənin müxtəlif şəhərlərində xoşbəxtlik əmsalını müəyyən edən pulun miqdarı fərqlidir. Məsələn, Rusiyanın ucqar şərq şəhəri olan Vladivastokda yaşayan insanlar hesab ediblər ki, xoşbəxt yaşamaları üçün ayda 208 min rubl (5200 manat) alsalar kifayətdir. Bu isə Rusiyada ən yüksək tələbdir. Paytaxt Moskva siyahıda ikincidir. Burada insanların xoşbəxtlik meyarı ayda 207 min rubl (5175 manat), Rostovda 203 min rubl (5075 manat) qazanmalarına bağlıdır. Rusiyanın ikinci iri şəhəri olan Sankt Peterburqda isə xoşbət görünmək üçün ayda 160 min rubl (4 min manat) qazanmaq lazımdır.

Orenburq və Tatarıstandakı Yarçallı şəhərlərinin sakinləri isə ən az maddi tələb irəli sürüblər. Məlum olub ki, bu şəhərlərdə yaşayanlara xoşbəxt omaq üçün ada 116 min rubl (2900 manat) qazanmaq bəs edər.

Qeyd edək ki, bu müstəvidə sorğu əhalisinin sayı yarım milyondan artıq olan şəhərlərdə, 18 yaşdan yuxarı 1500 respondent arasında aparılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019
22.06.2019
Heydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikib
Nazir vətəndaşlarla görüş keçirəcək
ƏƏSMN-də icbari tibbi sığortanın tətbiqi müzakirə edilib - FOTO
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
YAP-ın Mərkəzi qərargahında AXC-yə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib - FOTO
Ermənistan idmandan siyasi alət kimi istifadə edir - XİN
Avroliqanın finalı ərəfəsində 450 avtobus ayrılacaq - BNA
Mxitaryanla əlaqədar Azərbaycana və UEFA-ya ünvanlanan tənqidlər başadüşülən deyil - Ermənistan Boks Federasiyası
Nəqliyyat məsələləri üzrə 24 saat fəaliyyət göstərən qərargah yaradılıb - Mais Ağayev
Mayın 25-30-da bu şəxslər nəqliyyatdan ödənişsiz istifadə edəcək