Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Nəsimi rayonunda “Açıq mikrafon”la qəbul keçirilib
Tarix: 14.03.2019 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 3-cü mikrorayon, Rəşid Məmmədov küçəsi 23 ünvanda sakinlərin müraciətlərini dinləyib. Mikrorayonda, o cümlədən Hüseynbala Əliyev küçəsi, Alı Mustafayev küçəsi, Cavadxan küçəsi ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş “Açıq mikrafon”la müraciətlərini ediblər.

Sakinlərdən Həmzəyev Həmzə, Bəkirova Səlimə, Babayeva Ləman, Babayeva Amalya, Bünyadov Mübariz, İsmayılova Rəsmiyə, Səmədova Dilarə, Mahmudov İbrahim və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən damlardakı su çənlərinin yığışdırılması, mənzil növbəsinə götürülmə, mənzilin sənədləşdirilməsi, həyətlərin abadlaşdırılması barədə müraciətlər edib, təkliflər irəli sürüblər.
Qəbulun gedişində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunub. Ölkə başçısının əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarları, o cümlədən minimum əmək haqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat məbləğində birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində görülən işlər xüsusi vurğulanıb.
Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sakinlər qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik ediliblər.

Azad



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019
Kiyev universitetində alban-udi xristian icmasının rəhbərləri ilə görüş keçirilib
Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub - FOTO
İdman və həvəskar balıq ovu üçün balıqovlama biletinin alınması tələb olunmur - ETSN
Ermənistan və Azərbaycan substantiv danışıqlara başlamalıdır - Məmmədyarov
Ceyranbatanda su kəmərində axıntı olub, təmir bu gün başa çatacaq - Azərsu
“Üç-beş nəfər qaragüruhçunun törətdiyi əməllərin heç bir nəticəsi ola bilməz” – Nəsib Məhəməliyev
Leyla Əliyeva "Pekin Ekspo 2019" Botanika Sərgisində Azərbaycan pavilyonunun rəsmi açılışında - FOTO
“Keçirilən kampaniyalar dövlətimizə qarşı çevrilib” – Azər Badamov
İlham Əliyev sərəncam imzaladı
Brakonyerliklə məşğul olan 202 nəfər məsuliyyətə cəlb olunub