Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Novruzum-Oğuzum” işığında...
Tarix: 14.03.2019 | Saat: 19:00:00
Bölmə:Mədəniyyət | çapa göndər

Azərbaycan Yazıçılar Birliyi Natavan klubunda şair-filosof Haclı Loğman Qorqud Babacanın “Novruzum – oğuzum” kitabının təqdimatı keçirilib. Tədbiri dilçi-alim, professor Buludxan Xəlilov açaraq bildirib ki, Hacı Loğman Qorqud 6 bədii kitab və bir neçə elmi-fəlsəfi, bədii məzmunlu monoqrafiyanın müəllifidir: “Göyçə mahalının Babacan kəndində dünyaya göz açıb.

Dərin elmi-fəlsəfi və riyazi biliklərə mallik olan, musiqi fəlsəfəsini, bir çox sənət və peşələri dərindən yiyələnmiş şəxsdir. Şairin yaradıcılığı tamamilə fərqli yanaşmadır. Sözügedən kitabda “Novruzum-Oğuzum ” vurğulamaqla Hacı Loğman bu bayramla məhz oğuz tayfalarının bəşər svilizasiyasının ən qədim mədəniyyət abidəsi olması vurğulanır, həmçinin maddi-mənəvi abidəsi olduğu aşkarlanır. Müəllifin fikirləri ilə söykəndiyi təbiətin özündən doğan sübutlar və atributlar Novruz bayramının birbaşa xalqın məişəti ilə əlaqədar olaraq düzənlənməsi qeyd edilir. Şairin dediyi kimi, bütün xalqların bayramları sırf elmi ictimai izahlara söykənərək düzənlənir”.
Kitabın elmi redaktoru, filologiya elmləri doktoru Məhərrəm Hüseyinli tədbir iştirakçılarına ətraflı məlumat verərək kitab haqqında “Ön söz” yazdığını bildirib: “Bədii söz ustası Hacı Loğmanın dərin biliyi, geniş dünyagörüşü, zəngin daxili aləmi, parlaq zəkası, bitkin və yetkin şəxsiyyəti, onun hər bir qələm məhsulunda bütün orjinallığı ilə üzə çıxır, zülməti yaran nur kimi aləmi şəfəqlərinə qərq edir, göz qamaşdırır. Onun”Novruzum-Oğuzum” əsəri Azərbaycan Folklorşünaslığının aktual problem və ehtiyaclarından irəli gələn Novruzun ən mühüm guşələrini aydınlaşdırmaq üçün böyük əhəmiyyət kəsb edən əsərdir. “Hər bir adət-ənənənin kökündə xalqın dünyaya baxışları dayanır” qənaətinə istinad edən müəllifin təbiətlə-insan, təbiətin harmoniyası və nizamı ilə bağlı əsas anlayışları, onların reallıqlarla əlaqəsi problemin mütəxəssis təhlilinə çevirə bilmişdir.

Təqdirəlayiq haldır ki, Hacı Loğman Novruza əksər tədqiqatçılardan fərqli olaraq dini- mifik görüşlərlə, əski mifik dünya yönümündən yanaşmamış, obyektiv elmi mövqedən işıqlandırmağa səy göstərmişdir və buna da nail olmuşdur”.
Yazçı Elçin Hüseynbəyli, şairlərdən İslam Sadıq, Oqtay Rza, Dayandur Sevgi, Qəşəm Nəcəfzadə, Balayara Sadiq, Fərqanə Mehdiyeva, Zəlimxan Məmmədli, Mürvət Qədimoğlu, AYB Borçalıə bölməsinin sədri şair Elbəy Calaloğlu, AYB Təbriz bölməsinin sədri Sayman Aruz, AYB Qubadlı regional bölməsinin sədri Namiq Məna, Folklor İnstitutunun əməkdaşı Nizami Məmmədov, Azərbaycan diasporasının üzvü Vəfa Kərimova, şairin uşaqlıq dostları və tələbə yoldaşları Qələndər Qasımov, Rafiq Məmmədov, el ağsaqqalı Abbas Mazanov, Bakı Kəndlər Ağsaqqallar Şurasının sədri Hacı Mirzə çıxış edərək şairin kitabı haqqında öz fikirlərini bölüşmüşlər.
Tanınmış Aşıq Azər Fərmailoğlunun və xanəndə Ziba Hüseynovanın ifaları ilə məclisin bahar ovqatı bir daha yenilədi və təravətləndi.
Sonda müəllif Hacı Loğman gələn qonaqlara öz təşəkkürünü bildirdi.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.03.2019
18.03.2019