Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda “dəniz quldurları” peyda oldu - GÜNÜN TƏZADLARI
Tarix: 14.03.2019 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Bakı sakinləri şəhərin müxtəlif yerlərində kino personajlarına oxşayan piratlara (dəniz quldurları) rast gəldilər. Hafta.az-ın Musavat.com-a istinadən verdiyi xəbərdə belə deyilir. “Fotoların Bakıda kino çəkilişi və ya hansısa digər maraqlı tədbirə aid olduğuna dair hələlik dəqiq məlumat yoxdur. Hadisələri diqqətlə izləyirik, məsələyə tezliklə aydınlıq gətirməyə çalışacağıq”.


Prezidentin mühafizəçisinin cəsədi tapıldı


Kiyevdə prezident administrasiyasının əməkdaşının cəsədi tapıldı. Hafta.az Modern.az-a istinadla xəbər verir ki, polisdən verilən məlumata görə, ölən şəxs Pyotr Poroşenkonun mühafizəçisi Aleksandr Buxtatdır. Onun bədənində zorakılq əlamətləri aşkar olunmayıb.


16 yaşlı qız Nobel mükafatına namizəd oldu


Skandinaviyalı siyasətçilər 16 yaşlı isveçli məktəbli qız Qreta Tunberqi qlobal istiləşmə ilə mübarizə hərəkatına verdiyi töhfəyə görə Nobel Sülh Mükafatına namizəd kimi göstərdilər. Hafta.az-ın "Report"a istinadla yaydığı xəbərdə belə deyilir. Bu təşəbbüsü parlamentdə Sol Partiyanı təmsil edən İsveç siyasətçiləri Yens Holm və Hokan Svennelinq, eləcə də norveçli siyasətçilər irəli sürüblər. Yeniyetmə isveçli qız 2018-ci ilin avqust ayında Stokholmda parlament binası qarşısında təkbaşına "məktəb tətili" başlatmaqla KİV-in diqqətini üzərinə çəkib. O, isveçli siyasətçilərin zərərli tullantıların azaldılmasına dair Paris sazişinin şərtlərini yerinə yetirməyənə qədər məktəbə getməyəcəyini söyləmişdi. Q.Turnberq BMT İqlim Konfransında və Davosda Dünya İqtisadi Forumunda çıxış etmək üçün dəvət edilib.


Dünyanın yarısında sosial şəbəkələr çökdü


"Facebook", "Instagram" və "WhatsApp" sosial şəbəkələrində problem yarandı. Hafta.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, dünyanın yarıdan çox ölkəsində eyni problem yaşanıb. Nasazlıqlar martın 13-də ABŞ-ın şərq sahili vaxtıyla saat 11:56- dan etibarən (Bakı vaxtı ilə 17:56) qeydə alınmağa başlayıb. Həmin müddətdə "Facebook"da da xəbər linklərinin paylaşılmasında, foto və paylaşımların görüntülənməsində problem yaranıb. "Instagram" və "WhatsApp" istifadəçiləri isə foto və səs yazılarının göndərilməsində çətinliklərlə üzləşiblər. Problemlər daha çox səs yazılarının göndərilməsində özünü büruzə verib.

 

9 mərtəbəli binanın damında selfi çəkmək istəyən qız öldü

 

Gürcüstanın Rustavi şəhərində 9 mərtəbəli yaşayış binasının damında “selfie” çəkdirmək istəyən 13 yaşlı qız yıxılaraq öldü. Hafta.az-ın yazdığına görə, “Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə şəhərin Leonidze küçəsi 4 ünvanında baş verib. Şahidlərin sözlərinə görə, iki yeniyetmə foto çəkdirmək üçün binanın damına çıxıb və onlardan birinin ayağı sürüşərək yıxılıb. Yeniyetmə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019