Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Təmənnasız sevgilər - Şəmsiyə Qaramanlının şeir dünyasından
Tarix: 14.03.2019 | Saat: 20:30:00
Bölmə:Mədəniyyət | çapa göndər

Şəmsiyə Qaramanlı,
Hacı Rəhim əfəndi adına Qaraman kənd orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi

Bayrağım

Tarixlər yararaq yollar keçmisən,
Zamanla bərabər qocal, bayrağım.
Şəhidlər qanından sən su içmisən,
Şəhidlər ruhundan güc al, bayrağım.
Dalğalan, dalğalan, ucal, bayrağım,
Zəfər günlərində öc al, bayrağım!

Şanlı dövlətimin sirdaşı, bayraq,
Qəhrəman himnimin qardaşı, bayraq,
Vüqarlı gerbimin yoldaşı, bayraq,
Dalğalan, dalğalan, ucal, bayrağım,
Zəfər günlərində öc al, bayrağım!

Sən mənim sevincim, gözəl çağımsan,
Zaman sınagında üzü agımsan,
Arxa söykədiyim güvənc dağımsan,
Dalğalan, dalğalan, ucal, bayrağım,
Zəfər günlərində öc al, bayrağım!

Hüsnünə deyiən bu sözlər azdı,
Şəninə Cəfərlər, Cavadlar yazdı,
Hilalla söhbətin xoş bir avazdı,
Dalğalan, dalğalan, ucal, bayrağım,
Zəfər günlərində öc al, bayrağım!

Kölgəndə yaş gəlsin yaşımız üstə,
Rəngindən gül bitsin daşımız üstə,
Əbədi dalğalan başımız üstə.
Dalğalan, dalğalan, ucal, bayrağım,
Zəfər günlərində öc al, bayrağım!

Ana

Şəfqəti əridər şaxta,sazağı,
Nigaran baxışı həsrət ocağı,
Qəlbində bir vətən, bir övlad dağı,
Qüssə, kədərimin çarası anam.

Keçər səhvimizdən bağışlar bizi,
Gözləri tükənməz qayğı dənizi,
Alnında qırışlar sərt həyat izi,
Bütün gözəllərin sonası anam.

Ümidim, gümanım, dayağım, andım,
Düşəndə çətinə halıma yandın.
Ana vətənimi laylanda sandım,
Ana torpağımın anası anam.
Yolda düşündüklərim

İlk baharda tumurcuq tutmayan,
Yayın qızmarından qorunmağa,
daldalanmağa yer tapmayan,
Payız tumurcuqları
çiçəkləməyə çatmayan
çəmən çiçəyinin üstünə düşmüş
qırovdu-sənsiz keçən günlərim.

Sevda dənizlərinə ehtiyatsız atılan,
Ovu özundən qabaq kafirlərə,
dinsizlərə,yersizlərə satılan
Qənimətsiz dönəndə
dayağı ocaqlarda çatılan
nazik budaqdan asılmış
tilovdu-sənsiz keçən günlərim.

Keçmişini gümanlarla bitirən,
İndisini bəlkələrlə keçirən,
Ulduzsuz gecələrdə,
qaranlıq gündüzlərdə
Gələcəyə ümidini itirən
Fidyəsi oğurlanmış
girovdu-sənsiz keçən günlərim.

Araz qoydu

Almaz İldırım oğlunun adını “Araz”qoydu, Arazla tez-tez “dərdləşsin - deyə. Məmməd Araz təxəllüsünü “Araz” götürdü,

Arazla “yuxuda görüşsün”-deyə. Nüsrət Kəsəmənli də oğluna”Araz”adı verdi,

hər gün evində Arazı “çağırsın”-deyə.
O tayda ustad Şəhriyar,
Bu tayda müdrik Bəxtiyar,
hey yazdılar,yazdılar,
tikanlı məftillər qırılsın,
qardaş qardaşa qovuşsun deyə.
Bəziləri sağlığında gördü getdi,
sərhədlərin açıldığını,
o taya,bu taya gediş-gəlişin artdığını.
Ruhlar qaldı narahat.
Bəziləri nigaran getdi, heyhat.
Açıldı sərhədlər,açılmadı düyünlər.
Görüşdülər qardaşlar, görüşmədi torpaqlar.
Birləşdi dillər,birləşmədi ellər.
Yəqin gözləməliyik:
yetişsin şairlər,yazarlar.
Qələmin ucu ilə,
sözlərin gücü ilə
bir-birinə qardaş deyən
dili birləşdirsinlər,
torpağı, eli birləşdirsinlər.

Təmənnasız sevgilər

Dünyada elə bir şair yoxdur ki,
vətən haqqında şeir yazmasın.
Doğma yurdun gözəlliyinə misralar qoşmasın, çünki vətən elə vətəndi.
Sevginlə suvasran torpağını,
səhrasında güi bitəndi.

Elə şair tapmazsan bu dünyada,
Ana haqqında şeir yazmasın.
Ən şirin sözləri ilə onun
kövrək qəlbini ovutmasın,çünki
ana elə anadı,
vətən elə vətəndi,
o sevgi ilə bu sevgi
ürəyimizdə təndir.

Çox şairlər dil haqqında şeir yazıblar.
Dil azadlığı uğrunda
qələmlə savaşıblar,çünki
Vətən elə Vətəndi,
Öz yurdumdu,elimdi,
Onu mənə sevdirən
doğma ana dilimdi.
Anamın laylasında
Vətənimi sevdim,elimi sevdim.
Vətəmimin qoynunda
şəlalətək çaglayan
Ana dilimi sevdim.

Vətən

Sevdim sənin hər daşını,
Baharını, həm qışını.
Qədəm-qədəm ayaqladım
Hər küncünü, qarışını.
Bərabərin yoxdu,Vətən.

Bol nemətin qismətimdi,
Göygöl, Xəzər ismətimdi.
Sinən üstə sərhəd olan
Araz dərdim, həsrətimdi.
Ürəyimə axdı,Vətən.

Koroğlunun “Cəngi”sində,
İgidlərin nərəsində,
Yurd uğrunda savaşlarda,
Davulların gur səsində
İldırımlar çaxdı,Vətən.

“Qarabağda talan var...
...Gözü yolda qalan var”
Qəzəbimiz dönmüş selə.
Cilovlanmaz innən belə.
Yığ başına igidləri,
Yığ bir yerə yumruq elə.
Ayağa dur, vaxtdı, Vətən!

Tənha mən, sakit otaq,
bir də yazı masam.
Əllərimi çənəmə edib dayaq,
öz-özümlə baş-başa qalmışam:
məhv olmuş gəncliyim,
qırılmış ümidim,
əzəldən qara yazılan baxtım,
baxtım kimi bir də heç vaxt
qızıldan olmayacaq taxtım.
Gorən nə vaxt bəxtim güləcək,
nə vaxt əlahəzrət səadət
qapımı döyəcək,
ömrümə,günümə qonaq gələcək?...
Otağın qapısı yavaşca açıldı,
başımı qaldırdım sakitcə
qəlbimə işıq açıldı.
Dayandı oğlanlarımın
biri sağımda,biri solumda.
Təbəssüm titrədi dodağımda,
səadət işığı yandı
ömür, gün yolumda.

Gileyli deyiləm, Allahım səndən
Nəyim varsa,öz əlinlə vermisən,
Gileyli deyiləm, Allahım,səndən.
Qismətimi kərəminlə vermisən,
Gileyli deyiləm,Allahım,səndən.

Demirəm ki,bir ocağım yox mənim,
Gül bitirən bir bucağım yox mənim,
Səndən qeyri umacağım yox mənim,
Gileyli deyiləm,Allahım səndən.

Bəxtimə gülmədin,özün bilərsən,
Könlümü görmədin özün bilərsən,
Bir ağ gün vermədin,özün bilərsən,
Gileyli deyiləm,Allahım,səndən.

Yaşım o yaş deyil gileyli olum,
Arzudan,ümiddən cığırım,yolum,
Şirin nemətindi-bircə cüt oğlum,
Gileyli deyiləm,Allahım səndən.

Sükuta dalmış otağım...
Bayırda qış zilə qalxıb
şaxtalı nəğmələr oxuyur.
Sükuta dalmış otağım
yuxulu, nərgiz qoxuyur.
Nərgiz ətri yaman alıb
24 kvadratmetrlik otağı başına.
Uzunboylu nərgizləri
uzunboğaz güldanda qoymuşam
şirin su əvəzinə
acı göz yaşıma.

Nənəmin nağıllarında
nərgiz bir oğlan gözüdü-
boynubükük bənövşəyə həsrət
Yuxularında qovuşur ona.
Ayılanda olur sərməst.

Görən nərgiz hansı oğlanın gözüdü?
Atasız böyüyən bir cüt oğlumun
dibində “niyələr”gizlətdiyi gözdümü?
Dünyadan nakam gedən
bir cüt qardaşımın
bir babanın bənövşə gözlü qızlarını
əbədilik gözlətdiyi gözdümü?

Bəlkə, nərgiz talan olmuş Qarabağda
hər əzası bir budaqda
asılı qalan,
torpaq üstə, ağac altda
ana əlləri ilə qapanmayan
şəhid gözüdü?
Qara gözlər, ala gözlər,
ata, həm bala gözlər.
Vəhşiliyə, qansızlığa,
Təklənmiş, adamsızlığa
şahid o gözlər özüdü.

Ya da nərgiz bir oğlanın
sevdiyi qızın əksinə dikili qalan,
sarışın saçlarında tökülü qalan,
nazik dodaqlarında,
təbəssümü sezilən yanaqlarında
dolaşıb duran qara, qəmli gözüdü.
Bir görüşün həsrətiylə
alışıb yanan
qayğılı, nəmli gözüdü.

Yuxuma gəl,nərgiz gözlüm,
Dərdlərimi sənə deyim,
ürəyimi sənə açım,
qəhət olan sevincimi sənlə bölüm.
Ayılanda xəyalınla
sənsizliyə dözüm, dözüm.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019
18.05.2019