Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İsmayıllıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb - FOTO
Tarix: 15.03.2019 | Saat: 10:00:00
Bölmə:Hadisə | çapa göndər

Martın 14-də İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən 3 nəfər rayon sakini onlara məxsus “VAZ 2106” markalı avtomobillərdən akkumulyatorların oğurlanması barədə məlumat veriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini Asim Məmmədov saxlanılıb.

O, oğurladığı akkumulyatorları rayon ərazisində onların alqı-satqısı ilə məşğul olan yerlərə satıb. Oğurlanmış akkumulyatorlar həmin yerlərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.03.2019
19.03.2019