Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İlham Əliyevin uğurlu xarici siyasəti Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına səbəb olub - Baş nazir
Tarix: 15.03.2019 | Saat: 12:38:00
Bölmə:Siyasət | çapa göndər

2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük uğurlar və əlamətdar hadisələrlə zəngin olub.

Hafta.az xəbər verir ki, bunu Baş nazir Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci il üzrə hesabatını təqdim edərkən deyib.

N.Məmmədov bildirib ki, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi böyük təmtəraqla qeyd edilib. Baş nazir vurğulayıb ki, 2018-ci ildə keçirilən prezident seçkilərində xalq ən doğru seçim edərək İlham Əliyevi prezident seçdi, ölkədə sabitliyə, inkişafa səs verdi.

Prezident seçkilərindən sonra dövlət başçısı hökumətin yeni tərkibini müəyyənləşdirdi və qarşıda duran strateji hədəflər müəyyən edildi.

N.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət dövlətimizin nüfuzunun yüksəlməsinə və Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına səbəb olub. O deyib ki, 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olaraq qalıb və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyi bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

N. Məmmədov söyləyib ki, keçən il 38,7 milyon, 19,2 milyard kubmetr qaz istehsal edilib: "Sumqayıt Kimya Parkında karbomid zavodu istehsal edilib. Bu zavodda ildə 650 min ton məhsul istehsal ediləcək. Bu zavodun məhsullarının xarici ölkələrə satışından hər il 160 milyon dollar gəlir əldə edilməsi gözlənilir. Türkyiədəki Star zavodu isə ölkəyə ilk 5 ildə hər il 850 milyon dollardan çox gəlir gətirəcək”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019
18.05.2019