Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda inflyasiya dərəcəsi 0.8 faiz təşkil edib
Tarix: 15.03.2019 | Saat: 13:04:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Cari ilin yanvar-fevral aylarında (fevral ötən ilin dekabrına nəzərən) Azərbaycanda inflyasiya dərəcəsi 0.8% təşkil edib.

Hafta.az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankin hesabatinda bildirilir.

O cümlədən, qiymətlərin ümumi səviyyəsi ərzaq məhsulları üzrə 2.1% və qeyri-ərzaq məhsulları üzrə 0.2% artıb, xidmətlər üzrə isə 0.6% aşağı düşüb. Ərzaq qiymətləri başlıca olaraq mövsümi amillərdən təsirlənib.

Yanvar-fevral aylarında istehlak səbətinə daxil olan məhsulların 15%-nin qiyməti dəyişməyib, 16%-nin qiyməti aşağı düşüb. Bahalaşan məhsulların 85%-nin qiymət artımı 2%-dən aşağı olub.

2019-cu ilin fevral ayında 12 aylıq inflyasiya 2.1% olub ki, bu da hədəf diapozonunun aşağı həddinə yaxındır. Orta illik inflyasiya isə yanvar-fevral aylarında 1.9% təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə (4.7%) müqayisədə 2.8 faiz bəndi azdır.

İdarə Heyətinin pul siyasətinə dair sonuncu toplantısından keçən dövr ərzində biznes sektorunun inflyasiya gözləntilərində əhəmiyyətli dəyişiklik olmayıb. Mərkəzi Bankın həyata keçirdiyi real sektorun monitorinqinin nəticələrinə əsasən son 2 ayda qiymət gözləntiləri ticarətdə, qeyri-neft emal sənayesində və tikintidə azalıb, xidmət sektorunda isə artıb. Ev təsərrüfatları arasında inflyasiya tempinin yüksələcəyini gözləyən respondentlərin payında artım qeydə alınmayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.03.2019
19.03.2019