Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qaradağ məktəblilərinin "ölkəmizi tanıyaq" adlı növbəti tur-aksiyası təşkil olunub
Tarix: 15.03.2019 | Saat: 13:06:00
Bölmə:Sosial | çapa göndər

Prezidenti İlham Əliyevin tapşırığına əsasən Qaradağ rayon orta ümumtəhsil məktəblərində 9-11-ci siniflərində təhsil alan şagirdlilərinin “Ölkəmizi tanıyaq” şüarı altında maarifləndirici tur-aksiyaların növbəti mərhələsi təşkil olunub.

Hafta.az-ın yazdığına görə, bu dəfə Naxçıvan Muxtar Respublikasına düzənlənən sayca 11-ci tur-aksiyada Qaradağ rayonundan 27 məktəbli iştirak edir. Bu gün rayonundakı Heydər Əliyev Mərkəzində tur -aksiyada iştirak edəcək məktəblilərin yola salınması ilə bağlı görüş keçirilib. Əvvəlcə iştirakçılar Ümummilli lideri Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə tər güllər düzüb, dahi rəhbərə hörmət və ehtiramlarını bildirdilər.

Görüşdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şagirdlərə turun məqsədi barədə məlumat verdi, ölkə başçısı İlham Əliyev tərəfindən gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq. Qeyd olunub ki, tur-aksiya zamanı məktəblilərin Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, Bayraq Meydanına, muzeylərə, Olimpiya İdman Komplekslərinə, Duz dağına və digər tarixi yerlərə də səfərləri təşkil olunacaq.

Rayon İcra Hakimiyyəti tərəfindən qrupa rəhbər təyin olunmuş, şagirdləri müşayiət edəcək müəllim və həkim heyəti seçilib, şagirdlər üçün xüsusi geyimlər müəyyən olunub.

Görüşdə çıxış edən valideyn və müəllimlər məktəblilərə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, bu layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdən biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaq.

Sonra rayonun Lökbatan qəsəbəsindəki C.Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbi və 7 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivlərinin hazırladıqları musiqi proqramı təqdim olunub.

Mərasim başa çatdıqdan sonra rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Bakı-Naxçıvan reysi ilə uçmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına yola salınıblar. Şagirdlər dörd gün davam edəcək tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən tarixi abidələri, görməli yerləri, eyni zamanda sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaqlar. Heydər Əliyev Beynəlxalq Hava Limanından Naxçıvan şəhərinə gedən şagirdlər Novruz Bayramı münasibətilə təşkil edilmiş konsert proqramını izləyiblər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.03.2019
19.03.2019