Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qazaxıstan prezidenti Əbu Dabidə keçirilən olimpiadanın açılış mərasimində iştirak edib
Tarix: 15.03.2019 | Saat: 13:48:00
Bölmə:İdman | çapa göndər

Birləşmiş Ərəb Əmirliklərinnin (BƏƏ) paytaxtı Əbu Dabi şəhərində 14-21 mart tarixləri arasında keçirilən Beynəlxalq Xüsusi Olimpiadanın açılış mərasimi keçirilib.

Hafta.az yazır ki, tədbirdə bir sıra ölkələrdən yüksək çinli rəsmi şəxslər də iştirak edib. O cümlədən, Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu ölkəyə işgüzar səfəri çərçivəsində həmin tədbirlərə qatılıb. 

Qeyd edək ki, N.Nazarbayevi bu ölkəyə BƏƏ Silahlı Qüvvələrinin komandan müavini, Əbu Dabi vəliəhdi şahzadə Şeyx Məhəmməd bin Zayed əl-Nahyanın dəvəti ilə gəlib. Qazaxıstan prezidenti vəliəhdlə görüşdən sonra Şeyx Ziad məscidinə baş çəkib.

 

Yaxın Şərq və Şimali Afrikada ilk dəfə təşkil olunan, idmanın 24 sahəsi üzrə keçirilən olimpiadaya 170 ölkədən 7500-dən çox idmançı qatılıb. O cümlədən, Azərbaycandan da idmançılar bu yüksək səviyyəli beynəlxalq yarışlarda öz qüvvələrini sınamaqdadırlar. O cümlədən, prezident Nursultan Nazarbayevin şəxsən iştirak etdiyi olimpiadada Qazaxıstandan 67 idmançı stolüstü tennis, tennis, cüdo, üzgüçülük, poverlifting, atletika, voleybol, basketbol, mini futbol, qolf, bovling, paten və badminton daxil olmaqla 15 idman sahəsi üzrə yarışacaq. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019
18.05.2019