Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Paşinyan güzəştə hazır deyil" - POLİTOLOQ
Tarix: 15.03.2019 | Saat: 12:20:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Bakı mövqeyini ən ali səviyyədə bir daha açıqladı. Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanl Ermənistanla Azərbaycan arasındakı münaqişəyə də toxundu:

“Ermənistan hökuməti danışıqların formatını dəyişmək üçün cəhdlər edib və biz hələ də bu cəhdləri görürük. Bu, tamamilə qəbuledilməz və qeyri-effektivdir. Biz bunu danışıqlar prosesini əngəlləmək cəhdi hesab edirik. Bu cür düşünən tək biz deyilik. Şadıq ki, beynəlxalq təşkilatlar bu fikri paylaşır. Bir qədər əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaydılar və faktiki olaraq Ermənistana açıq mesaj göndərdilər ki, onların danışıqlar formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir. Ondan bir neçə gün əvvəl Avropa İttifaqının yüksək rütbəli rəsmiləri eyni bəyanatla çıxış etdilər. Danışıqlar formatı uzun illər ərzində işlənib hazırlanıb və onu dəyişmək üçün birtərəfli qaydada edilən istənilən cəhd danışıqlar prosesini əngəlləmək cəhdi kimi qiymətləndirilir və bütün məsuliyyət bunu etməyə çalışan tərəfin üzərinə düşür.

Bu səbəbdən, birincisi, danışıqlar formatı dəyişdirilə bilməz və ikincisi, danışıqlar nəticəyönümlü olmalıdır, sadəcə, danışıqlar xatirinə olmamalıdır. Azərbaycan bu prosesi davam etdirməyə hazırdır və danışıqların nəticəsi olaraq bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir”.

Məsələ ilə bağlı hafta.az–a danışan polotoloq Qabil Hüseynli deyib ki,  Ermənistanın yeni baş nazirindən heç bir şey gözləmir:

“Paşinyan vaxt qazanmağa çalışır, prosesləri uzatmaq istəyir. Eyni zamanda ölkədə iqtisadi dəyişikliklər həyata keçirmək istəyir. Ermənistan rəhbəri Dağlıq Qarabağ məsələsində güzəştə hazır deyil. Hər bir addımda danışıqların formatını dəyişməyə səy göstərir. Yeni formata qondarma Dağlıq Qarabağ məsələsini daxil etmək istəyir. Gələcəkdə də ehtimal olunan görüşlərdə nəticə olacağına inanmıram”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.03.2019
19.03.2019