Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sabah 21 dərəcə isti olacaq - Proqnoz
Tarix: 15.03.2019 | Saat: 14:24:00
Bölmə:Sosial | çapa göndər

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən hafta.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər və axşam bəzi yerlərdə duman olacaq. Şimal-şərq, şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-15, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin gündüzdən bəzi qərb rayonlarında yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 6-10 dərəcə isti təşkil edəcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.03.2019
19.03.2019