Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Bakcell"dən media nümayəndələri üçün xüsusi tarif
Tarix: 15.03.2019 | Saat: 14:37:00
Bölmə:Sosial | çapa göndər

"Bakcell" şirkəti media sahəsində çalışan şəxslər üçün xüsusi tarif təqdim edir.

Hafta.az xəbər verir ki, bu tarifdən istifadə edən media nümayəndələri ayda cəmi 5 AZN ödəməklə öz aralarında PULSUZ danışacaq, digər nömrələrə zəng üçün 100 dəqiqə əldə edəcək və 1GB PULSUZ İnternet trafiki qazanacaqlar. 

Tarifin digər üstünlükləri isə aşağıdakı kimidir:

"Bakcell"dən media nümayəndələri üçün xüsusi tarif



Əlavə bonus: paket daxilində pulsuz təqdim edilən 100 dəqiqə istifadə olunduqdan sonra abunəçiyə əlavə 1 GB PULSUZ İnternet veriləcək.

Bundan əlavə, zənglərin hər 100 dəqiqəsindən sonra abunəçiyə 1 GB pulsuz İnternet hədiyyə olunacaq.

Bonus daxilində verilən pulsuz internet trafiki istifadə olunandan sonra abunəçi “Bakcell”in təklif etdiyi İnternet paketlərindən birinə qoşula bilər.

Bu özəl tarifdən yararlanmaq üçün media nümayəndələri şəxsiyyəti təsdiq edən sənəd, iş vəsiqəsi və yaxud media fəaliyyətini təsdiq edən hər hansı sənədlə Bakcell şirkətinin istənilən Xidmət Mərkəzinə müraciət etməlidirlər. 

Qeyd edək ki, bir abunəçi bu tarifdə olan maksimum 5 PULSUZ nömrə və yaxud istifadə etdiyi nömrəni (yalnız bir nömrə) yeni tarifə keçirib əlavə 4 PULSUZ nömrə əldə edə bilər. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.03.2019
19.03.2019