Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Məktəblilər həftədə bir dəfə məcburi şəkildə hovuzlara aparılsın” - Elmira Axundova
Tarix: 15.03.2019 | Saat: 14:51:00
Bölmə:Siyasət | çapa göndər

“Heç bir xərc insan həyatından önəmli deyil...”

“Mən istərdim ki, bizim məktəblilər heç olmasa həftədə bir dəfə məcburi şəkildə hovuzlara aparılsın...” .

“Həftə içi”nin parlament müxbirinin verdiyi xəbərə görə, bu maraqlı təkliflə Milli Məclisin plenar iclasında deputat Elmira Axundova çıxış edib. Parlament üzvü son vaxtlar Xəzər dənizi və çaylarımızda vətəndaşların boğulma hallarının artmasından narahatlığını belə ifadə edib:

“Mən istərdim ki, bizim məktəblilər heç olmasa həftədə bir dəfə məcburi şəkildə hovuzlara aparılsın və onlar üzgüçülüyü öyrənsinlər, özü də dövlət hesabına. Çünki biz dəniz və çaylarla əhatə olunmuşuq. Hər il yüzlərlə gənc Xəzər dənizində, Kür və Araz sularında boğulur. Heç bir xərc insan həyatından önəmli deyil...”.

E.Axundova öz çıxışında əlilliyin təyin olunması ilə bağlı bürokratik əngəllər məsələsinə də toxunub:

“İnanın, bu məsələ ilə bağlı rayonlarda əhali arasında ciddi narazılıq var”.


E.Axundova seçildiyi Masallı rayonunun problemləri barədə də məsələ qaldırıb və hökumətdən tədbir görülməsini istəyib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.04.2019
18.04.2019