Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mahatma Qandinin 150 illiyi münasibətilə seminar keçirilib
Tarix: 15.03.2019 | Saat: 14:09:00
Bölmə:Mədəniyyət | çapa göndər

Bakı Mühəndislik Universitetinin (BMU) Hindistan Səfirliyi ilə birgə əməkdaşlığı çərçivəsində adıçəkilən universitetdə Mahatma Qandiyə həsr olunmuş seminar təşkil olunub. Tədbiri sülh müdafiəçisi Mahatma Qandinin anadan olmasının 150-ci ildönümünə həsr olunmuş, ilboyu davam edən anım mərasiminin bir hissəsi hesab olunan mədəniyyət proqramı müşayiət edib. BMU-nun Multikultiralizm Tələbə Mərkəzinin ev sahibliyi etdiyi seminarda Hindistan səfiri, rektor və akademik-inzibati heyəti iştirak edib.

Səfirlikdən Hafta.az-a verilən məlumata görə, BMU-nun rektoru Havar Məmmədov Qandi ideologiyasının bugünkü dünyada əlaqəsindən danışıb. O, həmçinin Qandinin Hindistanın azadlığı uğrunda verdiyi töhfələrinin, onun əzilən və ehtiyac içində olan insanları xilas etmək üçün gördüyü işlərdən danışıb.

Hindistanın ölkəmizdəki səfiri B.Vanlalvavna Mahatma Qandinin anadan olmasının 150-ci ildönümünə həsr olunmuş anım mərasimi düzənlədiyi və səfirliklə əməkdaş etdiyi üçün universitetə öz təşəkkürünü bildirib. O, Qandinin 5 əsas prinsipi (zorakılığın olmaması, hörmət, başa düşmə, qəbul etmə və mərhəmət)və bugünkü dünyada zorakılığın olmaması prinsipinin mənimsənilməsinin vacibliyindən söz açıb. Səfir eyni zamanda inkişaf etməkdə olan ikitərəfli əlaqələrə toxunaraq bütün fakültəni və tələbələri hər fürsətdə səfirliklə əlaqə saxlamağa dəvət edib.

Burada həmçinin Mahatma Qandinin həyatı və nailiyyətləri, onun Hindistanın azadlığı uğrunda verdiyi mübarizədəki rolundan bəhs edən ingilis dilində qısa film də nümayiş olunub. Filmi tələbələr tərəfindən təsvir olunan hind mədəniyyətinin gözəlliyindən bəhs edən mədəniyyət proqramı müşayiət edib. Azərbaycanlı tələbələr hind mahnıları oxuyub, həm müasir, həm də klassik hind rəqslərini ifa ediblər ki, bu da alqışla qarşılanıb. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.03.2019
19.03.2019