Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sabiq Aparat rəhbəri Vidadi Zeynalov azadlığa buraxılıb
Tarix: 15.03.2019 | Saat: 14:54:00
Bölmə:Hadisə | çapa göndər

Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov azadlığa buraxılıb.

Hafta.az trend-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsi onun azadlığa buraxılması barədə qərar qəbul edib.

Qərarda deyilir ki, V.Zeynalov cəzasının 4/5 hissəsini çəkib.


Barəsində 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsinin təşkilində təqsirləndirilib.

Ötən ilin noyabrında V.Zeynalov apelyasiya şikayəti verib və məhkəmənin hökmü ilə keçmiş Aparat rəhbərinin cəzası 4 ilə endirilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.03.2019
19.03.2019