Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakının bu yerlərini sahibsiz itlərdən “təmizləyiblər”
Tarix: 15.03.2019 | Saat: 16:44:00
Bölmə:Sosial | çapa göndər

"Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsinə əsasən, Balaxanı qəsəbəsindəki sahibsiz itlər üçün salınan “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi 1 mart 2019-cu ildən fəaliyyətə başlayıb”.

Mərkəzdən bildirilib ki, 15 gün ərzində "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi fəaliyyətə başladığı dövrdən vətəndaşlardan 400-dən artıq zəng və müraciət, həmçinin dövlət və qeyri-hökumət təşkilatlarından rəsmi məktublar daxil olub:

“Müraciətlərin əsas məzmunu sahibsiz itlərlə əlaqədar problemin bu və ya digər ərazilərdə həll edilməsidir. Daxil olmuş məlumatlar əsasında Mərkəzdə əməkdaşlarımızın ərazilərə çıxışı planları tərtib edilir.

Mərkəzin əməkdaşları indiyədək İçərişəhər, Parlament prospekti, Nazirlər Kabinetinin yaxınlığı, Bakıxanov qəsəbəsi, "20-ci sahə", Teleqüllə, 20 yanvar dairəsi, Sumqayıt istiqamətlərində görünən sahibsiz itləri toplayıb. Onlar müayinə və zəruri prosedurların keçirilməsi üçün Mərkəzə gətirilib”.

 Qeyd edilib ki, Mərkəzə gətirilən itlər tibbi müayinədən keçirilir, peyvəndlənir, qısırlaşdırma və digər prosedurlar aparılır:


“Xüsusi hallarda (açıq ərazilərdə, narahat davranan və s.) itləri tibbi ləvazimatlarla təchiz edilmiş avtomobillərə yükləmək üçün itlərin sağlamlığına ziyan vurmayan xüsusi uyuducu məhlullarla doldurulmuş silahlardan istifadə edilir”.


Bildirilib ki, sahibsiz itlərin daşınması və təcili tibbi yardım üçün avtomobillərlə təchiz olunan mərkəz həftə ərzində bütün zəruri prosedurlardan keçirilmək şərti ilə 30-50 it qəbul etmək gücündədir:


“Buraya daxil olmuş sahibsiz itlərin mərkəzləşdirilmiş qeydiyyatı sistemi də yaradılıb. Heyvanın tutulduğu tarix və ünvan, vəziyyəti, həyata keçirilmiş tibbi yardımlar və mikroçipin nömrəsi xüsusi informasiya bazasına daxil edilir. Sərbəst buraxılan və sahiblərini tapan itlər barədə də bazaya müvafiq məlumatlar yerləşdirilir. Mərkəzin əməkdaşları baytarlar, itlərin toplanması ilə məşğul olan şəxslər və digər personal üçün xarici mütəxəssislərin iştirakı ilə təlimlər keçirilib”.

 

Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində yaradılan “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin açılışı bu il fevralın 15-də olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Təsərrüfat Kommunal Departamentinin sanitariya və texniki təmizlik idarəsinin ərazisində yerləşən mərkəzin ərazisi 2500 kvadratmetrə yaxındır.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019
18.05.2019