Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Mən bir susmaz duyğuyam ki” - SƏRGİ
Tarix: 15.03.2019 | Saat: 17:14:00
Bölmə:Mədəniyyət | çapa göndər

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzi Kitabxana Sisteminın 6 saylı filialı “Mən bir susmaz duyğuyam ki” başlığı altında 236 nömrəli tam orta məktəbdə görkəmli dramaturq, şair və nasir Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş “məlumat saatı” və sərgi keçirib.

Hafta.az-ın məlumatına görə, əvvəlcə Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında məlumat verib.

Qeyd edilib ki, cəmi 35 il yaşamış Cəfər Cabbarlı zəngin və məhsuldar yaradıcılıq yolu keçib. O, həm lirik, həm də satirik şerlərin müəllifidir. Təkcə “Ana” şerinin adını çəkməklə ədibin nə qədər istedadlı və poetik ustad olduğunu görmək mümkündür. Həmin şeiri ilə ədib Azərbaycan anasının bütün dövrlər üçün ölməz obrazını yaradıb. Dramaturgiya onun yaradıcılığında xüsusi yer tutur. Xalqımızın teatr zövqünün formalaşmasında Cəfər Cabbarlının dramaturgiyasının böyük rolu olub. Sonra ədibin “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş”, “Solğun çiçəklər” əsəri uşaqlarla müzakirə edilib. Uşaqlar əsərin qəhrəmanları haqqında öz düşüncələrini paylaşıblar.

Sonda sərgiyə baxış keçirilib. Sərgidə ədibin əsərləri nümayiş etdirilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019
18.05.2019