Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda 6 çoxmənzilli yaşayış binasının istismarına icazə verilib FOTOLAR
Tarix: 15.03.2019 | Saat: 17:04:00
Bölmə: | çapa göndər

Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrasına başlanılıb. Fərmanın icrasına uyğun olaraq, Bakıda 6 çoxmənzilli yaşayış binasının istismarına icazə verilib.

Hafta.az xəbər verir ki, bu gün “İdeal İnşaat MTK” nın mənzillərinin vətəndaşlardan sənədləri mobil ofislər vasitəsi ilə qəbul edilib.

Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayevin sözlərinə görə, artıq bu gündən bu binalar rəsmi olaraq istismara qəbul olunub:

“Cənab Prezident vətəndaşları narahat edən bütün problemlərin aradan, qaldırılması, bu məsələlərin gündəmdən çıxarılması üçün mütamadi addımlar atır. Bu addımlar müxtəlif fərman və sərəncamlarla öz həllini tapır. Fevral ayının 19-da cənab Prezident tərəfindən imzalanan fərman layihəsini misal göstərə bilərik. Hansı ki, çoxmənzilli binalarda uzun müddət insanların yaşaması və istisamar etməsinə baxmayaraq onların rəsmi olaraq istismara qəbul haqqında icazələri yox idi. Bu gün həmin binalardan 6-sı istismara verilir. Burada yaşayan sakinlər üçün gözəl bir xəbərdir. Mən düşünürəm ki, bu bir hədiyyədir. Bu binlarla yanaşı, daha 5 binada istismar işləri tamamalanmışdır. Məlumat üçün deyim ki, həmin binalardan 2-si Yasamal rayonu 7-ci Alatava adlanan ərazidə yerləşən çoxmənzilli binadır. Biri “Zərdabi MTK” tərəfindən tikilmiş Zərdabi prospektində olan binadır. Digəri, Səməd Vurğun küçəsində yerləşən Vuğun binasıdır. Bu binaların hamısı – 6 bina bu gün istismara verildi. Həyətində olduğumuz binada təxminən 561 mənzil var. Mənzillərin 50%-dən çoxu istismar olunur. Fərmanın da əsas məqsədi odur ki, uzun müddət vətəndaşlar tərəfindən istismar olunan binlarda sənədləşmə prosesi tamamlansın və onlar rəsmi olaraq dövlət tərfindən tanınsın. Bilirsiniz, bu olmasa insanların öz mülkiyyət hüququ olmur, əziyyətlə qazandıqları bu binalardakı mənzillərin sahibi sayılmırlar. Cənab Prezident bu humanist addımla vətəndaşlara çox böyük bir hədiyyə etdi. Əmlak Komitəsi də fərmanda nəzərdə tutulmadığı halda bu fərmanın icrasına kömək məqsədi ilə səyyar çıxarış müraciəti təqdim etdi. Burada vətəndaşların ərizələrini qəbul edirlər. Fərman sadəcə istismar olunan binalar üçün nəzərdə tutulub. İki ay ərzində Fövqalədə Hallar Nazirliyi, “Azərsu”, “Azərişıq”, “Azəriqaz” tərəfindən yoxlamalar aparılmalıdır. Bu iki ya ərzində FHN binanın dayanqlığını, möhkəmliyini, lift təsərrüfatının olub-olmamasını, standartlara cavab verməsini yoxlayır və onlar haqqında bir rəy tərtib edir. Həmin rəy nəticəsində iki gün ərzində Şəhərsalma Arxitektura Komitəsinə və eyni zamanda yerli icra hakimiyyətlərinə göndərilir. Onun nəticəsi olaraq binalar istisamara qəbul olunur. Bu gün də həmin binların birinin həyətindəyik. Ümümilikdə hazırda 70 000-ə yaxın belə mənzil var. Həmin mənzillərin 70% -də məskunlaşma mövcuddur. Prezident İlham Əliyev həyət evlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında müvafiq qurumlara tapşırıq verib. Hazırda bu istiqamətdə müvafiq işlər görülür və nəticəsi barədə ətraflı məlumat veriləcək. Eyni zamanda, yaxın günlərdə bununla bağlı işçi qrupu yaradılacaq: “Mühafizə zonasına düşən, dövlət şirkətinə məxsus torpaq sahəsində tikilmiş, təyinat üzrə olmayan, yəni Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrində tikilən həyət evləri var. Ona görə də bütün bunlarla bağlı araşdırma aparılacaq. Vətəndaşların bütün problemləri aradan qaldırılacaq”. 

Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov isə dedi ki, bu gün Cənab Prezidentin çoxmənzilli binaların istismara icazə verilməsi və sadələşdirilməsi haqqında fərmanın icrası ilə bağlı tədbirimizi həyata keçiririk:

““İdeal İnşaat MTK” nın mənzillərinin vətəndaşlardan sənədləri mobil ofislərimiz vasitəsi ilə qəbul edirik. Ən qısa zamanda həmin mənzillərin vətəndaşların adına qeydiyyatını həyata keçirəcəyik. Hazır çıxarışları da bu ünvanda vətəndaşlara təqdim edəcəyik. Vətəndaşların arzusundan asılı olaraq çıxarışları elektron şəkildə də hazırlaya bilirik. Təkcə bu ünvanda deyil, digər ünvanda da yerləşən binlar istismara qəbul edildikdə biz mobil ofislərimiz ilə vətəndaşalara elə ünvanlarında xidmət göstərəcəyik. Eyni zamanda da çıxarışları hazırlayıb vətəndaşlara təqdim edəcəyik”.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.03.2019
19.03.2019