Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İslama qarşı hücumlar açıq müstəvidə
Tarix: 15.03.2019 | Saat: 17:31:00
Bölmə:Dünya | çapa göndər

Zaman irəlilədikcə deyəsən mövqelər dəyişməyə başlayır, ancaq münasibətlər yox. Yeni Zelandiyada baş verən terror aktını və hadisənin yaratdığı təzadlı münasibətləri nəzərdə tuturam. İndiyədək müsəlmanların terrorçu obrazı yaradılıb Qərb-xristian dünyasında və bunun son örnəyi “İslam Şam dövlətinin” qondarılması idi. Amma yenə də nə İslamı könüllərdən silə, nə də açıqfikirli xristian və digər dinlərin ardıcıllarını müsəlmanlara düşmən edə bildilər - əməkləri puça getdi. Əvəzində isə dünyanın tam o başında sakit və rifah içində yaşayan Yeni Zelandiyanı oyuna gətirdilər.

Bəri başdan qeyd edim ki, Yeni Zelandiyadakı iki məscidə eyni anda edilən silahlı hücum zamanı 49 müsəlman namaz üstündə qətlə yetirilib. Onlarla yaralının da olduğu hadisə zamanı təkcə “Nur” (Al-Noor) məscidində 200-dən çox mömün varmış…

Təbii ki, yerli hökumətin bildirdiyinə görə, biri qadın olmaqla dörd şübhəli saxlanılıb. Atəş açanın isə milliyətcə şotland olub Avstraliyada yaşayan 28 yaşlı Brenton Tarrant olduğu dəqiqləşib. Onlar müsəlmanları öldürməklə kifayətlənməyiblər, eyni anda sosial hesabdan dünya müsəlmanlarını təhdid də ediblər. Hətta Türkiyəyə təcili olaraq boğazlarda şərqə köçmələri, Avropa qitəsinin ərazisini boşaltmaları tələb olunub. Əks təqdirdə Türkiyə camelərində də belə qətliamlar törədəcəklərini yazıblar.

Öz təbirimizcə desək, bu terrorçuların – xristian dünyasından onlara terrorçu deyiləcəyini gözləməyə dəyməz - istəyi nədir? Hansı ki, Qərb kinolarında kimisə tutub pul tələb edənlər terrorçu kimi təqdim edilir, özü də ən acınacaqlı, daşürəkli, qəddar və qeyri-insani xüsusiyyətlə. Bəs 49 insanı ibadət əsnasında dinməz-söyləməz öldürənlərdən belə kinolar çəkəcəkmi Qərb kinematoqrafçılar, inanılası deyil.

Dünya ölkələri, ancaq təəssüf ki, ilk başda daha çox müsəlman dövlətləri hadisədən hiddətlərini ortaya qoydular. Qarşı dünyadan isə Rusiya sözünü dedi – hadisəni terror adlandırdı, cinayəti törədənlərin cəzalandırılmasını istədi və sair. Amma hər bir müsəlman ölkəsi gözləyirdi ki, görəsən özünü dünyanın fövqəlsəlahiyyəti hesab edən, prezident Donald Trampın simasında Birləşmiş Ştatlar nə deyəcək olanlara.

Əslində Trampla bağlı terrorçu Brenton Tarrant maraqlı ipucu verib. O, Trampı “yenilənmiş ağ kimliyinin və ortaq məqsədlərinin simvolu” adlandırıb. Belə çıxır ki, Tramp da terrorçu dediyimiz Tarrantın etdiklərini bir az daha müasir formada edir. Bu arada qeyd edim ki, Tramp yazılı münasibətini ortaya qoyarkən Yeni Zelandiyaya başsağlığı verib, amma baş verənlərin terror aktı olduğunu deməyib. Sadəcə insanların öldürüldüyünü yazıb, vəssalam.

Hə, Yeni Zelandiya qətliamının səbəbkarı yaxın keçmişin daha bir acısını da xatırladaraq deyib ki, 2011-ci ildə Norveçdə 77 nəfəri amansızlıqla güllələyən, amma terrorçu adlandırılmayan, sadəcə psixi sağlamlığı yerində olmayan yazıq obrazı yaradılan Anders Behring Breivikdən ilham alıb. Bu sözdən sonra “mədəni və insan haqlarına dəyər verən” Avropa düşünəcəkmi ki, nə qədər gizlətsələr də, hər cür adlarla terrorçu sifəti gizlətsələr də, əslində Breivik kimi canilər özlərindən sonrakı terrorçulara mayak yandırır. Necə ki, onillər boyunca Breivik də özündən əvvəlkilərdən ilhamlanmışdı…

Terrorçuların yaşadığı dövlətin, - o ölkənin ki, yeri gələndə özünü ən demokratik, ən humanist cəmiyyət sayır, 100 il əvvəl Türkiyəni işğal etmək üçün əsgərlərini minlərlə kilometr uzaqda yerləşən Çanaqqalaya göndərdiyini belə unudur, – Yeni zelandiyanın baş naziri Jakinda Ardern insanlığa sığmayan bu hadisənin terror aktı olduğunu dilə gətirib və bunu ən qara günləri adlandırıb.

Əlbəttə, Avstraliyanın baş naziri Skott Morrison saxlanılanlardan birinin avstraliyalı olduğunu xatırladır və onu "ekstremist sağçı zorakı terrorçu" kimi təsvir edir.

Şahidlər yerli mediaya bildirib ki, onlar həyatlarını xilas etmək üçün hadisə yerindən qaçanda “Nur” məscidinin yanında qanlar içində yerdə yatan insanlar görüblər. Hadisədən dərhal sonra Linvuddakı ikinci məscid isə boşaldılıb.

Polis isə ətrafdakı avtomobillərə partlayıcıların qoyulduğunu müəyyənləşdirib və onları zərərsizləşdirib. Hökumət şəhərdəki bütün məcsidlərə növbəti xəbərdarlığa qədər müvəqqəti bağlanmağı məsləhət görüb və sair.

Bir maraqlı məqam da var: terrorçunun silahının üzərində bu vaxtadək müsəlmanlar üzərinə hücum edib, qətllər törədən terrorçuların adları yazılıb. Bəs bu nədən xəbər verir? Bir halda ki, son onillər ərzində müsəlmanlara qarşı eynən indiki kimi hücumlar edilibsə və terrorçular bu hücumları sistemləşdiriblərsə, nəyə görə dünyaya diqtə edən Qərb ölkələrinin hökumətləri bu vaxtadək xristan terrorçuların törətdiyi qırğınlara qiymət verməyiblər? Amma güman ki, bundan sonra, əslində cürətləri çatdığı təqdirdə, İslam liderləri mövqelərini bir az da dəqiqləşdirməli və möhkəmləndirməlidirlər. Çünki 49 insanı bir göz qırpımında amansızcasına qətl edən terrorçunun internetdən yaydığı 70 səhifəlik bəyanmaməsi qarşısında Qərb bir az müti görünəcək və ya görünməlidir. Bundan isə müsəlman ölkələri, xüsusilə də Türkiyə, İran, Pakistan və sair kimi ölkələr maksimum yararlanmalıdır.

İndi bir məsələ qalır: İslam dünyasının liderləri bu qədər insanın xristian terrorçu tərəfindən öldürülməsinə etiraz olaraq birlik nümayiş etdirəcəklərmi? Necə ki, 2015-ci ildə fransada xristian liderlər qol-qola girib nümayiş keçirib, müsəlmanların terror aktını pisləmişdilər. Amma çətin ki, bunu etməyə cürəti çatan islam lideri olsun. Çünki hamısı bir-biri ilə düşmənçilik edir. Yəni islamın birliyi çoxdan ABŞ tərəfindən parçalanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.03.2019
19.03.2019