Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “ayaqyalını” - HƏFTƏ REYTİNQ
Tarix: 15.03.2019 | Saat: 19:15:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “Yeni Müsavat”ın canlı yayımında ADP sədri Sərdar Cəlaloğlu ilə debatı zamanı nimdaş ayaqqabısını çıxarıb izləyicilərə nümayiş etdirməsi marağa səbəb oldu. Partiya sədri kasıb olduğunu, sökülən kostyumunu 13 manata aldığını, ayaqqabısını isə 10 yerdən tikdirdiyini söyləyib. Canlı yayım gedə-gedə bir sıra izləyicilər şərh bölümünə rəylər yazaraq H.Hacıyevə ayaqqabı almaq istədiklərini bildiriblər. Amma bununla belə, onu ələ salan, fikirlərinə rişxəndlə gülüb statuslar paylaşanlar da olub. H.Hacıyev artıq 10 nəfərin ona ayaqqabı aldığını da söylədi: “O çıxışımdan sonra çoxsaylı müraciətlər olub... Artıq 10 nəfər ayaqqabı alıb, qərargahıma gətirib. Onların hər birinə minnətdaram. Bundan sonra da kömək etməyə hazır olduqlarını bildirirlər. 10 ayaqqabıdan yəqin birini geyinərəm, qalanlarını satıb çörəkpulu edərəm. Heç nədən utanmıram. Nazir olduğum dönəmlərdə necə işlədiyimi, bir dəfə də olsun rüşvət almadığımı yaxşı bilirlər...”.

 

Həftənin “zalımı”


"Ey Netanyahu, özünə gəl, özünə. İsrailin rəhbəri olan bu soyğunçu öz ölkəsindən ittiham olunur. Neydən ittiham olunur? Korrupsiyaya görə, vəzifəsindən sui-istifadəyə görə. Ey Netanyahu özünə gəl özünə, sən zalımsan. Sən 7 yaşlı fələstinli körpələri qətlə yetirən zalımsan". Bu sözləri Türkiyə prezidenti R. T. Ərdoğan İsrailin baş naziri Netenyahu haqqında dedi. Ərdoğan Netenyahunu zalımlıqda ittiham edib. "Sənin əsgərin, polisin məscidlərimizə girir. Təhrik etmə. Biz heç bir yəhudiyə zülm etmədik. Bunların hesabını beynəlxalq aləmdə soruşacağıq. Qüds işini bizlərə heç kim unutdura bilməz. XİN rəhbərimizə göstəriş vermişəm, beynəlxalq danışıqları davam etdirir. Fələstin xalqının mübarizəsini son nəfəsimizə qədər müdafiə edəcəyik. Ölkəmizdə də birilərinin azanımızı fitə basmasının arxasında da İsrailmi durur? Onlar da eynilə Məscidi Aksanı çirkləndirməyə çalışdılar" - Ərdoğan belə deyib.


Həftənin “padşahlığa namizədi”


“Fundamental iqtisadiyyat" jurnalı akademik Rüstəmjon Abdullayevin "Mən Özbəkistan Respublikasının monarxiya dövlətinə çevrilməsini təklif edirəm" adlı məqaləsini dərc etdi. Akademik R.Abdullayev Özbəkistan prezidenti Şövkət Mirziyoyevi monarx, xalqı isə təbəə elan etməyi təklif edib. R.Abdullayev hesab edir ki, ölkənin inkişafı üçün siyasi sabitlik olmalıdır və məhz bu səbəbdən Özbəkistanı monarxiya halına gətirmək lazımdır."Psevdodemokratiya inkişafa mane ola bilər. İnvestorları cəlb etmək üçün inqilab və üsyanlara yox, sabitliyə nail olmaq lazımdır", - deyə akademik yazıb. Akademik Abdullayev öz təklifini onunla əsaslandırıb ki, respublika idarə üsulu tez-tez yanlışlara yol verir... Akademik Abdullayev, həmçinin inandırır ki, yeni idarə üsuluna keçid korrupsiyadan qurtulmağa kömək edəcək. Akademik hesab edir ki, monarxiya idarə üsuluna əhalinin say çoxluğuna görə birinci Özbəkistan keçməlidir. O, Özbəkistanın ardınca qonşu ölkələrin rəhbərlərinə də monarx olmağı təklif edir.


Həftənin “tarakanları”


“CNN”in siyasi analitiki Pol Beqala ABŞ prezidentinin qızı İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşneri "tarakan" adlandırdı. Yeni "Kushner, Inc." kitabının müzakirəsi zamanı müəllifə Trampın onları nə vaxtsa "kənara atacağ"ı və onların Ağ evdə baş verənlər fonunda ciddi qalmaqallardan necə qaçmağa müyəssər olmaları barədə sual verilib. "Əlbəttə, onlar sağ qalmağa müvəffəq oldular. Demək istəyirəm ki, tarakanlar hətta nüvə müharibəsində də sağ qalırlar", - deyə Beqala bildirib. Telekanal bildirir ki, hadisədən sonra yoxlama başlanılıb. Lakin “CNN” Beqalanın cəzalandırılacağı barədə dərhal məlumat verməyib.


Həftənin “hərbçi tonqalı”


General-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirdi. Xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən və qədim ənənələrimizdən olan Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən Müdafiə naziri bayram şənliyində iştirak edib, tonqal ətrafında toplaşan əsgər və zabitlərlə söhbət edib. Görüşdə daima dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayan hərbi qulluqçular, döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətin, döyüş ruhunun yüksək olduğunu və torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hər an hazır olduqlarını bildiriblər.


Həftənin “toyu”


İyirmi beş ildən sonra Cocuq Mərcanlıda ilk dəfə toy oldu. Kənd sakinləri Həziyeva Aynurə Arif qızı ilə Fərhadov Akif Maşallah oğlunun toy mərasimi keçirilib. Toyda Cocuq Mərcanlının bütün sakinləri iştirak ediblər. Qeyd edək ki, Cocuq Mərcanlı kəndi 1993-cü ildə düşmən tərəfindən işğal edilsə də, bir il sonra, yanvarın 6-da ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurlu Horadiz əməliyyatı nəticəsində azad olunub. Lakin Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində olduğundan burada yaşamaq qeyri-mümkün idi. Yalnız 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması bu təhlükəni aradan qaldırdı..Bu gün dövlətimizin diqqət və qayğısı sayəsində yenidən qurulmuş, abadlaşdırılmış Cocuq Mərcanlıda həyat öz axarı ilə davam edir. Kənd sakinləri məcburi köçkünlük həyatına son qoyaraq doğma kəndlərindəki abad və yaraşıqlı mənzillərində yeni həyata başlayıblar.


Həftənin “rusofob prezidenti”


Qazaxıstan prezidenti Nursultan Nazarbayev parlament və bütün hökumət idarələrində qazax dilində danışılması barədə təlimat verdi. Son hökumət iclasında da danışıqlar və çıxışlar qazax dilində olub. Nazarbayev bir müddət əvvəl informasiya naziri Dauren Abayevlə görüşərək dilin etibarını artırmaqla bağlı təlimat verib: “Latın əlifbasına keçid müddəti xalqımız üçün tarixi baxımdan önəmlidir. Qazax dilinin etibarını artırmaq üçün işlər davam etdirilməlidir. Hökumət və parlament iclasları qazax dilində keçirilməli, vətəndaşlarımızın bu məsələdə haqları tapdanmamaıdır”. Qazaxıstan prezidenti həmçinin qeyd edib ki, sinxron tərcümələr də qazax dilində aparılmalıdı.


Həftənin “dönərxanası”


Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi, 21 ünvanında yerləşən “Köz dönər” kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparıldı.Onların universitet tələbələri olduğu bildirilir. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər. Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki, zəhərlənənlərdən ikisi Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər. Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.03.2019
19.03.2019