Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Nişanlısının məzarını gəlinlikdə ziyarət etdi - GÜNÜN TƏZADLARI
Tarix: 15.03.2019 | Saat: 19:40:00
Bölmə:Günün təzadları | çapa göndər

Amerikalı tələbə öz nişanlısının məzarını gəlinlikdə ziyarət etdi. Hafta.az Modern.az-a istinadla xəbər verir ki, Tenessi ştatının Neşvil şəhər sakini 24 yaşlı Məhəmməd Şərifi “Xbox” oyun aparatını satmaq üçün “Facebook”dan tapdığı müştəri ilə razılaşıb. Amma alıcı ilə görüş zamanı aralarında mübahisə yaranıb və 20 yaşlı alıcı Şərifini güllələyərək öldürüb. Məhəmməd Şərifi nişanlı imiş. Onun toy günü də təyin olunubmuş. Məhəmmədin iranmənşəli 22 yaşlı sevgilisi Sara Beluci hadisədən 2 həftə sonra onun məzarı üstünə gəlib. Məhz ziyarət günü onların toy mərasimi təyin olunubmuş. Sara Belucinin nişanlısının məzarını gəlinlik paltarında ziyarət etməsi ABŞ mətbuatında təsirli hadisə kimi işıqlandırılıb.


İstehsal tarixi sabaha olan yumurta bu gün satışa çıxdı


"OBA" marketlər şəbəkəsində üzərində istehsal tarixi 15.03.19-cu il göstərilmiş yumurtalar martın 14-də satışa çıxarıldı. Hafta.az yazır ki, bu barədə “BAKU.WS”ə İsmayıl Tağıyev adlı oxucumuz məlumat verib. Onun sözlərinə görə, həmin yumurtaları Yasamal rayonunda (“Kaktus” restoranının yaxınlığında) yerləşən Oba marketdən alıb. Üzərindəki istehsal tarixi isə evdə diqqətini cəlb edib. "OBA" marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Elvin Babayev bunun texniki səhv olduğunu bildirib. O qeyd edib ki, sabah bununla bağlı istehsalçı şirkətdən izahat tələb olunacaq və ətraflı məlumat yayılacaq.


Astarada qadın su çənində boğuldu


Astara rayonunda 34 yaşlı qadın su çənində boğuldu. Hafta.az yazır ki, "Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Artupa kəndində baş verib. Belə ki, həmin kəndin sakini, 34 yaşlı Xəyalə Ədalət qızı Kazımova həyətlərindəki su çəninə düşərək boğulub. Onun ailə üzvləri "Report"un yerli bürosuna bildirib ki, X.Kazımova evdən çıxaraq yaxınlıqdakı çəndən su gətirməyə gedib. Bir müddət keçməsinə baxmayaraq geri qayıtmayıb. Ailə üzvləri narahat olduqları üçün onun ardınca gediblər. Məlum olub ki, X.Kazımova yer səviyyəsindən bir neçə metr alçaqda olan çənə əyilərək vedrəni doldurmaq istəyib. Lakin ehtiyatsızlıqdan çənin içərisinə yıxılıb. Köməksiz halda qaldığından boğulub. Yaxınları hadisə yerinə gəldikdə isə onun cansız bədənini sudan çıxarıblar. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.


Bakıda kişi kanalizasiya quyusuna düşdü


Bakıda yaşlı kişi kanalizasiya quyusuna düşərək ağır xəsarət aldı. Hafta.az-ın “ONA”ya istinadla verdiyi məlumata görə, hadisə Xətayi rayonu, Neapol küçəsi 10 B ünvanında baş verib. 1947-ci il təvəllüdlü Nadirov Viktor Əli oğlu həyətyanı sahədə gəzərkən qapağı açıq vəziyyətdə olan quyuya düşüb. Ətrafdakıların köməyi ilə o xilas edilib. Kişinin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib.


Futbol zamanı işıq dirəyi hakimin üstünə aşdı


ABŞ-da "Mena" və "Dardenella" komandaları arasında keçirilən məktəblilərin futbol matçı faciə ilə nəticələndi. Hafta.az yazır ki, "Report" "Goal.com"a istinadən xəbər verir ki, matç vaxtı oyunçulardan biri topu oyuna daxil etmək istəyərkən işıq dirəyi çöküb. Dirək yan xətt hakiminə və futbolçulardan birinə dəyib. Hadisədən sonra hakimin bir ayağı iki yerdən qırılıb və o, xəstəxanaya çatdırılıb. Futbolçu ciddi zədələrdən qaçsa da, başından və ayağından kəsik yaraları alıb. Bildirilib ki, işıq dirəyinin düşməsinə güclü külək səbəb olub. Matçı təşkil edən məktəb rəhbərliyi hadisənin araşdırılması zamanı ərazidə yerləşən idman obyektlərinin bağlanması ilə bağlı bəyanat verib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019
Heydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikib
YAP-ın Mərkəzi qərargahında AXC-yə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib - FOTO
Ermənistan idmandan siyasi alət kimi istifadə edir - XİN
Mxitaryanla əlaqədar Azərbaycana və UEFA-ya ünvanlanan tənqidlər başadüşülən deyil - Ermənistan Boks Federasiyası
Nəqliyyat məsələləri üzrə 24 saat fəaliyyət göstərən qərargah yaradılıb - Mais Ağayev
Mayın 25-30-da bu şəxslər nəqliyyatdan ödənişsiz istifadə edəcək
348 qanunsuz miqrant saxlanılıb
“Azərişıq” güclü külək və dolu ilə əlaqədar qabaqlayıcı tədbirlər görür
Deputatlarımız Bişkekdə TÜRKPA-nın komissiya iclasında iştirak edəcəklər
Hidayət Heydərov Qran-Pridə qızıl medal qazanıb - FOTO