Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Akademik Musiqili Teatr Novruz günlərində maraqlı tamaşalar göstərəcək
Tarix: 16.03.2019 | Saat: 11:09:00
Bölmə:Mədəniyyət | çapa göndər

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Novruz bayramı günlərində beş tamaşa ilə teatrsevərlərin görüşünə gələcək.

Qurumun mətbuat xidmətindən hafta.az-a bildirilib ki, teatrda mart ayının 22-də “Amerikalı kürəkən”, 23-də Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, 24-də isə “Arşın mal alan” tamaşaları təqdim olunacaq.

Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Azyaşlı tamaşaçılar martın 23-də saat 12:00-da ana dilimizdə “Meşə çaqqalsız olmaz”, 24-də saat 12:00-da isə rus dilində “Bir dayan canavar” musiqili nağıl-tamaşalarına baxa biləcəklər.

Tamaşalarda Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər – Ələkbər Əliyev, Əzizağa Əzizov, Novruz Qartal, Almaz Ələsgərova, Svetlana Bulax, Şövqi Hüseynov, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar – Məhərrəm Qurbanov, Elxan İsmayılov, Nadir Xasıyev, Emil Heydərov, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Ülviyyə Əliyeva, Gülnarə Əzizova, Şaban Cəfərov, Yuliya Heydərova, Ruslan Mürsəlov, Gültac Əlili, Telnaz Hüseynova, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Aydan Həsənova və digərləri çıxış edəcək.

Tamaşaçılar biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019
22.06.2019