Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
DGK tərəfindən yararsız məhsullar məhv edilib - FOTO-VİDEO
Tarix: 16.03.2019 | Saat: 12:24:00
Bölmə:İqtisadiyyat Video | çapa göndər

Martın 16-da Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.

Hafta.az xəbər verir ki, ümumilikdə 2812883 ədəd protexniki vasitələr,43092 ədəd dərman preparatları,735 ədəd yararsız müxtəlif markalı mobil telefonlar və aksesuarları ,12675,4 litr alkoqollu və sərinləşdirici içkilər, 1212.8 kq qarişiq ərzaq məhsulları,6019 kq yuyucu vasitələr ,14479.65 kq müxtəlif növ məişət malları məhv edilib.


Bildirilib ki, məhv edilən mallar 2018-19-cu illərdə fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalarına aiddir.

Eyni zamanda, məhv edilən mallar arasında Ermənistan istehsalı olan istifadəyə yararsız 220 ədəd müxtəlif litrli spirtli içkilər də olub.


Mallar müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunub.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019