Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mərkəzi Zabitlər Evində vətənpərvərlik mövzusunda sərgi keçirilib - FOTO
Tarix: 16.03.2019 | Saat: 17:35:00
Bölmə:Sosial | çapa göndər

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində hərbi qulluqçuların və ailə üzvlərinin xüsusi istedad və bacarıqlarını üzə çıxararaq nümayiş etdirmək, hərbi kollektivdə milli-mənəvi dəyərlərə bağlılığın formalaşdırılması məqsədilə əl işlərindən ibarət “Mənim dünyam” adlı bədii yaradıcılıq sərgisi keçirilib.

Hafta.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, tədbirdə hərbi qulluqçular və onların ailə üzvləri, Rəssamlar İttifaqının və ictimaiyyətin nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edənlər sərginin hərbçilərin dünyagörüşünün formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkili baxımından əhəmiyyətindən danışıblar. Sərgi rəsm əsərləri, rəngkarlıq, heykəltəraşlıq, dekorativ tətbiqi sənət, qrafika, keramika, bədii toxuculuq, maket və digər əl işləri üzrə sahələri əhatə edib.

Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin təqdim etdiyi maraqlı konsert proqramının müşayiəti ilə tədbir iştirakçıları sərgiylə tanış olublar.

Sonda sərgidə sənət nümunələri nümayiş etdirilən yaradıcı iştirakçılara fəxri fərmanlar təqdim olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.04.2019
20.04.2019