Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“VII Qlobal Bakı Forumu qlobal məsələlərin səmərəli müzakirəsi üçün mühüm tədbirə çevrilib” - Sahibə Qafarova
Tarix: 16.03.2019 | Saat: 17:11:00
Bölmə:Siyasət | çapa göndər

“VII Qlobal Bakı Forumu artıq dünyada sülh və birgəyaşayışın əhəmiyyətinin bir daha ifadə olunduğu, həlli tələb olunan qlobal məsələlərin müzakirəsi üçün önəmli platforma kimi qəbul olunur. Aktual problemlərin həlli, dünyada yaşanan böhranların aradan qaldırılması istiqamətində yolların araşdırılması üçün belə platformaların təşkili olduqca mühüm əhəmiyyət kəsb edir”. 

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.

Sahibə Qafarova bildirib ki, forumun mövzusu – dünyanın yeni xarici siyasəti - çox uğurla seçilib və bir daha tədbirin nə qədər böyük əhəmiyyətə malik olduğunu göstərir: “Bəllidir ki, bu gün dünyanın dəyişən şərtləri, iqtisadi, siyasi, mədəni, humanitar və digər sahələrdə baş verən qlobal hadisələr fonunda xarici siyasət məsələlərinin də yenidən gözdən keçirilməsi, milli dövlətlərin öz təhlükəsizliyi və müstəqilliyinin qorunmasına yönəlmiş müstəqil xarici siyasət strategiyasına malik olması olduqca əhəmiyyətli məsələdir və bu mövzu üzrə müzakirələrin təşkili də çox böyük əhəmiyyətə malikdir. Tam qətiyyətlə deyə bilərik ki, VII Qlobal Bakı Forumu qlobal məsələlərin səmərəli müzakirəsi üçün mühüm tədbirə çevrilib. Xüsusilə, vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin Forumdakı iştirakı və çox dərin məzmunlu çıxışı böyük maraqla qarşılandı. Forumda iştirak edən qonaqlar Prezidentin çıxışını yüksək qiymətləndirdilər”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.04.2019
20.04.2019