Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan vətəndaşı sərhədi pozarkən ermənilər onu yaralayıb - Dövlət Komissiyası
Tarix: 16.03.2019 | Saat: 18:00:00
Bölmə:Hadisə | çapa göndər

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olmuş məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyanberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından hafta.az-a verilən məlumatda bildirilir ki, E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər.

Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.

Dövlət Komissiyası E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edib.

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019
Vaşinqton ştatının ən böyük vilayətində Azərbaycanla bağlı təqdimat keçirilib
İran-Azərbaycan sərhədinin 132 kilometri bizim nəzarətimizdə deyil - Əli Həsənov
Jurnalistika ixtisası üzrə magistraturaya qeydiyyat başlayıb
“E-sosial” internet portalına bu günədək 100 mindən çox baxış olub
“Adlarını siyahıda tapmayanlar məhkəməyə müraciət etmək hüququ qazanır” – Vüqar Bayramov
İki maşın toqquşdu - Ölən və xəsarət alan var
Azərbaycan İlahiyyat İnstitutunun internet səhifəsi fəaliyyətə başlayıb
Bakıda “Pablo Eskobar” ləqəbli narkobaron saxlanılıb - FOTO
İlahiyyat İnstitutunun internet səhifəsi fəaliyyətə başlayıb
İqlim dəyişikliyinə qarşı mübarizə sahəsində yeni layihənin açılışı olub